Hesabat turunda səfərdə “Qarabağ”a yenilən “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyunsonrası səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşdü. Bu səbəbdən Qol.Az-ın müxbiri gənc mütəxəssislə əlaqə saxlayaraq bəzi məsələlərlə bağlı onun fikirlərini öyrənib.
- Arif müəllim, ilk növbədə komandanızın son məğlubiyyətinin səbəblərini öyrənmək istərdik...
- Ötən tur “Qəbələ”ylə ev oyununda komandamız məğlubiyyətə rəğmən həqiqətən yaxşı futbol sərgilədi. Dara üstün tərəf biz idik, rəqibdən daha çox qol imkanları yaradırdıq. Bir sözlə, meydanda rəqibdən bir baş üstün idik. Ancaq təəssüf ki, son nöqtəni qoya bilməməyimiz 90 dəqiqənin tamamında «Qəbələ»nin qələbə qazanmasına gətirib çıxardı. Təbii ki, elə oyunla qələbə qazana bilməmək futbolçulara da psixoloji cəhətdən az təsir göstərməmişdi. “Qarabağ”la oyunda da məhz həmin psixoloji təsirlər öz sözünü dedi. Ağdamdakı qarşılaşmada komandanı tanımaq olmurdu. “Qəbələ”ylə duellə müqayisədə cox zəif futbol nümayiş etdirdik. Nəticədə də belə bir məğlubiyyətlə üzləşdik. Çünki elə oyunla nəinki qələbəyə, hətta heç-heçəyə də layiq deyildik. Ona görə də oyundan sonrakı fikirlərimdə komandanın əksər oyunçularından narazılığımı dilə gətirdim.
- Deyəsən, «Neftçi»nin yaşlı futbolçularından daha çox narazısız? Hər halda mətbuat konfransındakı açıqlamanızdan belə başa düşmək olur.
- Bəli, mən heyətin əksər üzvlərindən narazıyam. Bir çox futbolçumuzda arxayınlıq yaranıb. Bəzi təcrübəli oyunçular, legionerlər sanki necə böyük məsuliyyət daşıdıqlarını unudublar. Ancaq belə olmaz. Hər kəs öz məsuliyyətini dərk etməli, komandanın uğurları üçün əlindən gələni əsirgəməməlidi. Əslində, təcrübəli futbolçuya belə şeyləri başa salmağa gərək olmamalıdı. Amma görürəm ki, bu yöndə müəyyən problemlər var və bu, “Neftçi”nin çıxışına, nəticələrinə təsirsiz ötüşmür.
- Heyət üzvlərinin bəzisindən narazı olduğunuzu mətbuat işçilərinə bildirdiz. Bəs rəhbərliyə necə, bu haqda hansısa məlumat vermisinizmi?
- Hələlik son oyunla bağlı komandadaxili iclasımız olmayıb. İnşallah, sabah baş tutacaq iclasda sözümü deyəcəm. Qoy, rəhbərlik qarşısında cavab versinlər. Hər bir futbolçu “Neftçi” kimi komandanın şərəfini qoruduğunu dərk etməli, yeri gəlsə, bacardığından da artığını meydanda qoymağa çalışmalıdı. Belə davam edə bilməz. Həmin oyunçular ya “Neftçi”yə layiq olduqlarını sübut etməli, ya da komandadan getməlidi.
- Razısınız ki, “Qarabağ”a məğlubiyyətlə çempionluq şanslarınızı heçə endirdiz?
- Çempionluq şanslarımızı ola bilər. Amma Avropa Liqasına vəsiqə qazanmaq şanslarımız qalır və biz bu yolda sonadək vuruşacağıq. Komanda üzvləri də özlərini toparlayıb, “Neftçi”yə layiq oyun sərgiləsə, məncə, bu vəzifənin öhdəsindən gəlməyimizdə heç bir problem olmayacaq.
- Artıq final mərhələsinin, bir qədər də konkretləşdirsək, cari mövsümün başa çatmasına 5 tur qalıb. Sizcə, növbəti turlarda nəyisə dəyişməyiniz mümkün olacaq?
- Yenə də deyirəm, biz axıra kimi «döyüşəcəyik». Mən iddialıyam və ona görə də həmişə iddialı açıqlamalar verirəm ki, bu, komanda üzvlərinə də təsir etsin. Lakin bu yolda yalnız mənim iddialı olmağım yetərli deyil. Gərək hər bir futbolçu eyni dərəcədə iddialı, istəkli olsun ki, istəyimizə çataq.
- Növbəti turda “İnter”lə qarşılaşacsız. Hansı ki, bu komandayla son oyunlarda heç də arzuolunan nəticələr ala bilməmisiz. Bu dəfəki oyundan nə gözləyirsiniz?
- Biz hər bir oyuna qələbə üçün çıxırıq. Ümidvaram ki, final mərhələsinin son dövrəsi bizim üçün daha düşərli olacaq və “Neftçi”ni layiq olduğu yerlərə qaldıracağıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi