“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ" ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, argentinalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini açıqlayıb.
- Hə, məndən əvvəl futbolçumuz Nyiqezin də dediyi kimi, ölüm-dirim oyununa çıxacağıq. Çətin olacağını bilirik. Amma uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.
- Vacib oyuna çıxacaqsınız. İlk növbədə Antuan Qrizmandan nə gözləyirsiniz?
- Gözləntilər tək bir oyunçudan yox, bütün komandadandır. İlk 2 oyun yaxşı alınmadı. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik.
- “Barselona” ilə oyunda heç-heçə oynadınız. Bu nəticədən sonra narahat görünürsünüz...
- Komandamın düzgün yolda olduğunu bilirəm. Qrupdakıı ilk iki oyunda yaxşı oynasaq da, xallar itirdik. Amma mən komandama inanıram.
- “Qarabağ” o qədər də güclü deyil. Bununla belə, sabahkı oyunda hər hansı dəyişiklik etmək fikriniz var?
- Bizim üçün ən vacib olan 3 xaldır. Bunun üçün nə dəyişiklik lazımdısa, edəcəyik. Bilirik ki, elə-belə rəqiblə oynamırıq.
- “Qarabağ”da ehtiyat elədiyiniz oyunçu varmı? Varsa, kimlərdi?
- “Qarabağ”da yaxşı futbolçular var. Ortada Miçel və Enrikeni qeyd etmək olar.
- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Bu komandaya qarşı nə cür oynamağı düşünürsünüz?
- “Qarabağ”ın ispan futboluna yaxın oynadığını bilirəm. Amma hər oyuna fərqli üslubla çıxırlar. Təhlükəli futbolçuları var. Ona görə də çox diqqətli olmalıyıq.
- “Çelsi” ilə oyuna kimi La Liqada yaxşı qələbələr qazanmışdınız.
- Hər oyuna eyni cür hazırlaşırıq. Komandama çox inanıram. Çatışmazlıqlarımız var, üzərində işləməliyik. Oyundan-oyuna daha yaxşı olacağıq.
- Qarabağ bölgəsi haqda nə bilirsiniz? Azəbaycanla əməkdaşlıq etdiyiniz dövr sizin üçün çox uğurlu olmuşdu...
- Qarabağın tarixi haqda məlumatım yoxdur. Üzr istəyirəm ki, tarixi bilmirəm. Klub barədə məlumatım var. Düzdür, əməkdaşlıq bizə uğur gətirmişdi. Birinci ildə “Santyaqo Bernabeu"da “Real”ı məğlub etmişdik. Növbəti ildə La Liqa çempionu olmuşduq. 3-cü ildə isə ÇL-də finala çıxmışdıq. İnanıram ki, Azərbaycandan qayıtdıqdan sonra yenə həmin uğurları təkrarlayacağıq.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu