Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiyada "Veçerniy list”in suallarını cavablandırıb.
- Xorvatiya millisinin baş məqşçisi olmağa namizəd göstərilirsiniz...
- Bu barədə oxumuşam. Xeyr, çox sağ olun. Burada işləmək istəmirəm, çünki onlardan biri deyiləm. Münasibətlərim bəllidir. Mövqeyimi bir saatın içində dəyişə bilmərəm. Hər halda, komanda mundiala vəsiqə qazanmağın bir addımlığındadır. Oyunçular yaxşıdırlar. Yeni baş məşqçi Zlatko Daliç Ukraynaya qalib gəldi və bu şansı haqq etdi. Ona işini tamamlamaq üçün imkan yaradılmalıdır.
- Azərbaycan millisində qalmaq istəmirsiniz?
- Fikirlərim belədir: Bu, yaxşı və qiymətli təcrübə idi. Ancaq mən bilmirəm ki, bu istiqamətdə yeni addımlar atmağım mümkündürmü? Biz seçmə mərhələdə 10 xal qazandıq, yaxşı oynadıq. Bu, oyuncaq keyfiyyətidir. İndiki durumda daha yaxşısını etmək olmazdı. Yeni səhifə açmağın vaxtı çatıb.
- Klub əsas variantdır?
- İndi klubda çalışmaq daha maraqlıdır, lakin iş tapmaq asan deyil. Siz güclü lobbinin bir hissəsi deyilsinizsə, bu, çox çətindir. Məsələn, Andre Villaş-Boaş. O, bir qrup insanın məhsulu idi. Onlar yeni Mourinyo yaratdılar. Lakin heç nə əldə edə bilmədi. Yaxşı klublarda çalışdı. Sonda onunla nələrə qadir olduqlarını bilmədiklərindən, Çinə getdi və bir neçə milyon qazandı.
- Türkiyədən təklif varmı?
- "Bursaspor"la danışmışdım. Bu ölkədə futbola böyük diqqət ayrılır, stadiondan təlim-məşq bazalarınadək infrastruktur yüksək səviyyəlidir.
- Sloveniya, Bosniya və Herseqovinadan sonra Avstriya ilə də adınız hallanır. Vahid Halilhociç, Çiro Blajeviç tez-tez sizi tərifləyir...
- Onlar işimi izləyirlər. Lakin yenə deyirəm: Mən klubda işləmək istərdim. Bizə daha çox iş görmək, irəli getmək lazımdır. Milli komandada 2-3 ayda bir dəfə çalışırsınız. Bu isə daha
çətindir.
- Bəs Sloveniya Futbol Federasiyasının təklifi necədir?
- Sloveniya maraqlı variantdır. Bu ölkədə yaxşı oyun potensialı var. Lakin daha vacib məsələ Sloveniya Futbol İttifaqının tam qurulmasıdır. Orada hər şey var. Sloveniyalılar digər federasiyalar kimi pul verə bilmirlər. Lakin orada dövlətin gördüyü işləri bəyənirəm.
- Bunlar Xorvatiyada yoxdur?
- Mən Xorvatiya Futbol İttifaqını bura qatmaq istəməzdim. Ətrafımızda pis ab-hava var. Milli komanda daim böyük cərgələrdədir, klubları Çempionlar Liqası və Avropa Liqasında iddialıdırlar. Amma insanlar axmaq deyil, onlar nələrin baş verdiyini, kimin qaçdığını, kimin futbol oynadığını bilirlər. Lakin bu da bizim cəmiyyətdəki iqlimin bir hissəsidir. İnsanlar Xorvatiyanı tərk etdikdə sevinirlər. Bu isə pis haldır.
- Nə etməli?
- Yenidən başlamaq lazımdır. Ləkəsiz, karyeraları ərzində nə isə etmiş insanlar gəlməlidirlər. İnsanlara futbolun gözəl, təmiz oyun olduğuna inandırmaq lazımdır. Amma təəssüf ki, belə insanları görmürəm (report.az).
DÇ-2026: Günün oyunları
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi