"Bilirik ki, "Qarabağ"la Bakıda keçirəcəyimiz oyun asan olmayacaq. Lakin biz yolumuza davam etməli, çoxlu qol vurmalı və qələbə qazanmalıyıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Tomas Partey Bakıya uçuş zamanı təyyarədə klubun saytına açıqlamasında deyib.
Qanalı yarımmüdafiəçi bildirib ki, 5 saatdan çox çəkən səfərdən sonra uyğunlaşmağa çalışmalıdır: "Qarabağ"la matçda hər şeyi düzgün etməliyik. Uğurun açarı xırda detallardadır. Biz baş məşqçimizə qulaq asmalı, üstün oyun sərgiləməli, rəqibi təzyiq altında saxlamalı və hədəfimizə nail olmaq üçün çoxlu şans əldə etməliyik".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu