“Səbail”in hücumçusu Vüqar Nadirov Qol.az saytına müsahibə verib.
Topaz Premyer Liqanın VIII turunda “Neftçi”yə 0:4 hesablı məğlubiyyəti şərh edən təcrübəli futbolçu maraqlı məqamlara da toxunub.
- “Neftçi”yə böyük hesabla uduzdunuz. Məğlubiyyətin başlıca səbəbini nədə görürsən?
- Səbəb kimi çox şeyi, hətta hər şeyi göstərmək olar. Uduzmuşuqsa, bu, bütün komandanın məğlubiyyətidir. 1-2 oyunçu uduzmayıb. Futbolda hər şey olur. Oyuna yaxşı köklənmişdik. Əslində pis də başlamadıq. Qismət belə oldu, uduzduq. Amma doğrudan da oyunu udmaq istəyirdik. Bizə xal lazım idi.
- Ancaq birinci dövrədə “Neftçi”ni məğlub etmişdiniz...
- Düzdür. Nəzərə alaq ki, “Neftçi” bu gün çox dəyişib. Baş məşqçi, oyun üslübü, oyun sxemi yenilənib. Onda başqa oyun idi. Dünən isə fərqli qarşılaşma oldu. Birinci matçda biz yaxşı oynamışdıq. Bu oyuna da yaxşı başlamışdıq. Ancaq uşaq səhvlərindən qollar buraxdıq.
- Dünən oyunun gedişində bir epizod oldu. Əks-hücum zamanı Samir Əliyev sənə qışqırdı. Baş məşqçinin narazılığı nə ilə bağlı idi?
- O, komandanın baş məşqçisidir. Hər bir məşqçi bunu deməlidi, hamısına hörmətlə yanaşıram. Həmin epizodda mənə deyirdi ki, ortaya qaç. Mən də yavaş hərəkət edirdim. Komanda yoldaşım məni görmürdü deyə, baş məşqçi iradını bildirdi. Amma elə ciddi problemimiz olmadı.
- Əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında əyləşdin və bir neçə həb atdın. Oyuna xəstə halda çıxmışdın?
- Yox, xəstə deyildim. Həmin həblər itirilən enerjini bərpa etmək üçün vitaminlər idi.
- Ümumiyyətlə, bu mövsüm üçün başlıca hədəfiniz nədən ibarətdir?
- Əsas hədəfimiz Premyer Liqada qalmaqdır.
- Yəqin sən də razılaşarsan ki, əvvəlki formandan çox uzaqsan...
- Razıyam. Bilirsiniz, bu futboldur, kollektiv oyundu. Bir nəfərlə heç nə eləmək olmaz. Güləş deyil, karate deyil, burda kollektiv oynamaq lazımdı.
- İki gündən sonra sabiq “Qarabağ”ın Çempionlar Liqasında “Atletiko” ilə oyunu var. Həmin qarşılaşma barədə nə düşünürsən?
- “Atletiko” yaxşı komandadır. Son turda “Barselona” ilə heç-heçə etdilər. “Qarabağ”ın da özünəməxsus oyun üslubu var. “Qarabağ”a qələbə arzulayıram.
- Səncə, qələbə real görünür?
- Futboldu, hər şey ola bilər.
Elnur SALAHOV
DÇ-2026: Günün oyunları
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi