"Qarabağ"ın ispaniyalı legionerləri Miçel və Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun öncəsi AS nəşrinə müsahibə verib.
- Çərşənbə günü "Atletiko"ya qarşı oynayacaqsınız. Yəqin ki, bu matç sizin üçün xüsusi olacaq.
Miçel: Bəli, bu, bizim üçün xüsusi oyun, bir mükafatdır. Hamı mümkün qədər çox zövq almağa çalışacaq. Təsəvvür edin, öz ölkənizin komandasına qarşı oynayırsınızş "Atletiko" böyük tarixə malik klubdur. Belə bir qarşılaşmada oynayacağımız üçün şadıq və görüşü səbirsizliklə gözləyirik.
Kintana: Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək hamımız üçün böyük mükafat idi və belə matçlarda oynamaq stimul deməkdir. "Atletiko" dünyanın ən yaxşı komandalarından biridir. Karyeramda Çempionlar Liqası kimi turnirdə oynamaq hissi yaşamamışam.
- Əvvəllər Avropa Liqasında oynamısınız. İndi isə Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan klubusunuz...
Kintana: Biz artıq Avroliqada oynamışıq, amma İspaniyanın heç bir komandası ilə qarşılaşmamışıq. Bu, hamımızın istədiyi görüş olacaq. Bilirik ki, indi çoxlarının diqqəti "Qarabağ"la qarşılaşacaq "Atletiko"ya yönəlib. Bundan başqa ailəm də Madridə gedəcək və biz orada da oynayacağıq. Məqsədimiz "Atletiko"kimi komanda ilə də qarşılaşa bildiyimizi bütün ölkəyə nümayiş etdirməkdir.
- Tez-tez təkrarlanan suallardan biri budur ki, hava şəraiti oyuna necə təsir edə bilər?
Miçel: Dekabrda daha soyuq və hətta qar da yağa bilər. Amma indi belə deyil. Hazırda Bakıda küləkli hava olsa da, bu, stadionda elə də hiss olunmur. Hazırda havanın temperaturu yaxşıdır. Bu baxımdan, "Atletiko" üçün də problem olmayacaq.
- Çempionlar Liqasında əhəmiyyətli oyunun olacağı və İspaniyanın ən böyük komandalarından biri ilə görüşə yollanacağınız hiss olunur?
Kintana: Bəli. Ab-havadan hiss olunur ki, Çempionlar Liqası matçına çıxacağıq. Ola bilsin, stadion tam dolsun. Azarkeşlərimiz önəmli komandalarla çətin işin öhdəsindən gəldiyimizi gördükdə məmnun olurlar. İlk dəfə Azərbaycan komandası Çempionlar Liqasında yarışır və stadionda insanlar xeyli həyəcanlanırlar.
Miçel: Bu, Azərbaycan xalqı üçün çox xoş əhval-ruhiyyəli oyundur. Stadiona xeyli tamaşaçı gələcək. Yeni stadionda oynayacağıq. AFFA bizə burada oynamaq imkanı yaradıb. 70 min tamaşaçı tutumuna malik stadionda oynamaq "Atletiko"nun da xoşuna gələcək.
- "Atletiko"nun xallara çox ehtiyacı var. Bu, "Qarabağ" üçün müsbət, yoxsa mənfi məqamdır?
Kintana: Bizə qarşı oynayan istənilən komanda 3 xala ümid edə bilər. Düşünmürəm ki, bu, "Atletiko"nun xala ehtiyacının olmasından da önəmli vəzifə olsun. Artıq sizin xalınız var.
Miçel: Düşünmürəm ki, "Atletiko" xalın vacibliyi barədə narahatlıq keçirsin. Bu komanda istənilən meydanda qələbəyə adət edib. Rəqib bura qələbə qazanmağa gəlir. Hətta bu, çətin olsa belə.
- "Roma" Bakıda 3 xal qazanmaqda çətinlik çəkdi. Bu matç "Atletiko" ilə qarşılaşma üçün etalon ola bilər?
Kintana: "Roma" üçün Bakıda çətin oldu, 90-cı dəqiqəyə qədər mübarizə apardıq. "Atletiko"ya qarşı da buna bənzər olacaq. Asan olmayacağını bilirik. Çünki madridlilər də rəqabətə davamlı komandadır. "Atletiko" üçün 3 xal qazanmaq vacibidir. Bəlkə bu narahatlıqdan yararlana bilərik. Nəyə görə "Atletiko"ya qarşı öz oyunumuzu sərgiləməyək? "Atletiko" aşkar favoritdir. Lakin biz də müsbət nəticə əldə etmək arzusundayıq.
Miçel: "Atletiko"nun çox aqressiv və çətin oyun tərzi var. "Roma" ilə oyunda rəqibə çətinlik yaratmağa çalışdıq və nəticə əldə etməyə yaxın idik. Lakin alınmadı.
- "Atletiko" son illər beynəlxalq səviyyədə böyük yol qət edib və yaxşı tanınır? Azərbaycanda Madrid komandası barədə çox şey bilirlər?
Kintana: "Atletiko" aparıcı komandalardan biridir və Azərbaycanda yaxşı tanınır. Onların matçlarına televiziya vasitəsi ilə çox baxmışıq. "Atleiko" barədə hər şeyi bilirik. Azarkeşlər də bilirlər ki, onların qarşısıalınmaz futbolçuları var. Çünki çox istedadlıdırlar. Onlar üstün səviyyədədirlər, lakin bizdə də oyundan-oyuna ruh yüksəkliyi artır. "Atletiko" iki dəfə Çempionlar Liqasının finalında oynayıb və bütün dünyada tanınır. Püşkdən sonra qrupda favoritim "Atletiko" idi. "Çelsi" turnird yaxşı səviyyədə başladı, ancaq yenə də "Atletiko" qrupun ən güclüsüdür.
Miçel: Azərbaycan "Atletiko"ya sponsorluq edib. Bu, hamıya bəllidir. Həmçinin, burada İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqasını izləyə bilərsiniz. Hər kəs oyunlara televiziya vasitəsi ilə baxır. Ona görə də Avropanın böyük komandaları ilə tanış olmamaq mümkünsüzdür. "Atletiko" isə böyüklərdən biridir.
Arda Güler son 5 oyunda 5-ci qolunu vurdu
"Fənərbaxça" 10 nəfərlə "Qalatasaray"a qalib gəldi
Azərbaycan millisi ikinci oyununda da uduzdu
Derbidən əvvəl ara qarışdı - Şəkillər
"Mançester Siti" 10-cu dəfə İngiltərə çempionu oldu
"Sabah"ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu
"Qəbələ" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
"Sabah" Türkiyədə 4-cü oldu
"Bayer" bunu bacaran ilk klubdur
"Qəbələ" - "Araz-Naxçıvan": Heyətlər
Ataa Caber: "Qələbə mənim qolumdan vacibdir”
"Yuventus" müvəqqəti baş məşqçisini açıqladı
"İnanıram ki, "Sabah"ı məğlub edəcəyik"
Klopp: "İngiltərədə başqa komandaya baş məşqçilik etməyəcəm"
Mourinyo "Beşiktaş"a gəlməyə razılaşdı
Filip Ozobiç: "Yalnız "Neftçi" haqqında düşünürəm"
Messili "İnter Mayami" qalib gəldi
Renat "Beşiktaş"a qarşı belə oynadı - Video
"Milan"ın məğlubiyyəti - Video
Mahir Emreli 2024-cü ildə ilk oyununa çıxdı
Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
Çexiyada çempion bilindi
Roys azarkeşlərə pivə aldı
"Hər şey öz əlimizdədir” - "Neftçi"nin futbolçusu
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
"Sabah"ın "Sumqayıt" üzərində qələbəsi - Video
"Bizi uşaq yerinə qoymayın" - Samir Abasov
“Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma…”
"Zirə" Tovuzda belə qələbə qazandı - Video
"Neftçi" 3 xalı bu 3 qolla qazandı - Video
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
"Bayer" Bundesliqanı qalibiyyətlə başa vurdu
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - Şəkillər
Aleks de Souza yenidən Türkiyə Superliqasında
Enrike: "Fransa seriallarına heyranam"
Avro-2024 üçün heyəti açıqladılar
"Səbail" - "Neftçi" oyunu üçün heyətlər