"İkinci dövrənin ilk matçı idi. Məqsədimiz o idi ki, yaxşı başlanğıc edək. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yaliqincə yerinə yetirdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 8-ci turunda “Kəpəz”ə qalib gəldikləri oyundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.
- Bilirdik ki, "Kəpəz" sıx oynamağa çalışacaq və rmüdafiəni yarmaq bizim üçün asan olmayacaq. Bizim futbolçularımızda da tələskənlik var idi. Əsas odur ki, qələbə qazandıq. Futbolçulardan çox razı qaldım.
- İlk hissənin sonlarında Təmkin Xəlilzadə zədə alsa da, ikinci hissəyə çox yaxşı başladı...
- Zədəsi ciddi deyidi. Bel nahiyəsində yüngül ağrı var idi. Özündən soruşdum, dedi oynaya biləcəm.
- Hazırda milli komandada çıxış edən Təmkin Xəlilzadə demək olar, yığma üçün tam hazırdı. "Zirə"nin heyətində başqa kimlərin milli komandamıza dəvət alacağına ümid edirsiz?
- Hamı Təmkini tərifləsə də, mən onun mənfi cəhətlərini deyəcəm. Çünki bu mənim vəzifə borcumdu. O, daim yığmanın əsas heyətinə düşmək istəyirsə, öz üzərində çox işləməlidi. Hazırda milli komandamızda gələcək vəd edən oyunçular var. Təkcə onu qeyd edə bilərəm ki, ötən il Adil Nağıyev, Sadiq Quliyev U-21 millimizin heyətinə cəlb olundu.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia