“Qarabağ”ın futbolçusu Dino Ndlovu Topaz Premyer Liqanın 8-ci turunda 2 qol vuraraq komandasının qələbə qazandırdığı "İnter"lə oyundan (2:0) sonra Qol.az saytının suallarını cavablandırıb.
- Dino, çətin oyun oldu. Son dəqiqələrdə vurduğun qollarla komandana 3 xal qazandırdın. Təəssüratlarını bilmək maraqlı olardı...
- Oyunun çətin keçəcəyini bilirdik. İlk hissədə şanslarımız elə də çox olmadı. Qolları son dəqiqələrdə vursaq da, layiqli qələbə qazandıq.
- Vurduğun qollarla bağlı nə deyə bilərsən?
- Rəqib yaxşı müqavimət göstərdi. Oyunun sonlarına doğru müdafiə xəttini yara bildik. Fərqləndiyim üçün çox sevinirəm. Amma əsas olan üç xaldır. Komandadakı hər kəs qol vurmaq istəyir. Bizi düşündürən yalnız qələbədir.
- İlk hissədə oyununuz heç cür alınmırdı. Bu, nə ilə bağlı idi?
- Çünki ilk hissədə “İnter” bütün komanda ilə yaxşı müdafiə olundu. Qapıya yaxın düşə bilmirdik. İkinci hissədə isə üstünlüyü ələ aldıq və “İnter”in sıx müdafiəsini yara bildik. Əsas olan qələbədir ki, onu da qazandıq.
- 3 gün sonra Çempionlar Liqasında “Atletiko” ilə çətin oyun var. Həmin qarşılaşma haqda nə düşünürsən?
- Bəli, çox böyük oyundur. “Atletiko”nun gücünə hamı bələddir. Çətin olacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək.
- Bəs qələbə qazanmaq necə, səncə, mümkün görünür?
- Əlbəttə, biz qələbə qazanmaq istəyirik. Amma nəticədə “Səbail”lə deyil, “Atletiko” ilə oynayacağıq. Bütün futbolçuları dünya səviyyəli oyunçulardır. Çox çətin olacaq. Amma əlimizdən gələni edəcəyik.
- Həmin oyunda da bugünkü kimi qol və ya qollar vuracağına inanırsan?
- Ola bilər. Elə asan görünmür. Ancaq bizim də Avropada təcrübəmiz var. Meydanda hər şeyi edəcəyik ki, baxımlı oyun göstərək. Təbii ki, qollar da ola bilər.
Elnur SALAHOV
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı