“İnter”in qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqanın 8-ci turunda “Qarabağ”a məğlub olduqları oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Son dəqiqədə gələn qollarla məğlub oldunuz…
- Artıq bezmişik. İkinci qoldan sonra ümumiyyətlə, futbolu atmaq istədim. Gücümüz çatmır, 80 dəqiqə dözürük. 12 futbolçumuz var. Neynəyək, qışa qədər dözməliyik. Danışılası çox şey var, amma komandanın daxilində qalsa yaxşıdır. Əlimizdən gələni etdik, amma artığı alınmır. Gücümüz tükənib.
- Gücünüzün tükənməsi maddi məsələlərlə bağlıdır?
- Bunun təsiri var. İlk işim futboldu, qazancım da burdan çıxır. Başqa yerdən gəlirim olsaydı, fikirləşməzdim. Hər kəsin ailəsi, ehtiyaclarını ödəməli olduğu ailə üzvləri var. Biz burdan qazandığımızla evə çörək aparırıq. Pul ala bilməyəndə isə necə olacağını düşünürsən.
- Bəlkə, oyuna çıxmasaz, rəhbərlik nələrisə yoluna qoyar?
- Bu, çarə deyil. Əksinə, özümə ziyandı. Oyuna çıxmasam, nə dəyişəcək ki? Bunu etsək, futbolumuza ziyandı. Gərək hər şeyi komanda olaraq daxildə həll edək. Onsuz da qışa qədər oynamalıyıq. Amma bu vəziyyət çıxışımıza çox pis təsir edir.
- Deməli, rəhbərlik hər dəfə sizi aldadır?
- İki aydı maaş almırıq. Bir söz deyim, toyumu buna görə məhərrəmlik ayından sonraya saxladım. Pulumuz verilmir, toyumu necə edim? Təkcə mən deyiləm bu vəziyyətdə olan, komandanın hər bir üzvü bu durumdadır. Hər kəs 3-4 ailəyə baxır. Görün maaşların verilməməsi nə qədər insana təsir edir. Bu vəziyyət “Xəzər Lənkəran”da da yaşandı. Ordan bura gəldim ki, 5 manat qazanım, burda da belə qazandım. Yeznəmə mənə iş axtarır. Artıq fikrimizi belə şeylərə yönəltmişik.
- Artıq bəzi futbolçular qışda getmək haqda düşünür. Sən hansı fikirdəsən?
- Hamımızın klubla müqaviləmiz var. Getmək istəyən rəhbərliklə razılaşmalıdı. Bunu zamanı gələndə biləcəyik ki, kim qalır, kim gedir. Hamımızı fasiləni gözləyirik.
- Fasilədən sonra nəyinsə dəyişəcəyinə ümidini var?
- Nələrsə dəyişməlidi, belə davam edə bilməz.
- “Xəzər Lənkəran”ın aqibətinin “İnter”i də gözlədiyini demək olarmı?
- Həmin situasiya yaranıb. Əlbəttə, ola bilər. “İnter” də dağılsa, futbolumuz hara gedəcək? Biz işimizi görməliyik. Klubun yaşayıb-yaşamayacağı ilə rəhbərlik məşğul olacaq.
- Sizi oyunlara nə kökləyə bilər?
- Stimul olmalıdır. Maaşımızı vaxtında almalıyıq, qələbəyə görə mükafat təyin edilməlidir. Fikirləşməyin ki, sırf pula görə oynayırıq. Amma subay da deyilik. Ailəli insanlar var. Heç birimizin ata-anası cibimizə hər gün 500 manat qoymur ki, get, xərclə. Zaur müəllim (Zaur Axundov “İnter”in Müşahidə Şurasının sədri) Azərbaycanda yoxdu, döndükdən sonra maaşlar verilməlidi.
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı