Unibank Premyer Liqasında xüsusilə ilk «altılığ»ın oyunları gərginliyi ilə davam etməkdədir. Qol.Az saytı çempionatın gedişatı zamanı PFL tərəfindən tətbiq olunan bu formatla bağlı futbolçuların, futbol mütüxəssislərinin fikirlərini tez-tez oxuculara təqdim edir. Bu dəfə isə Azərbaycan çempionatına münasibətini öyrənmək üçün müxbirimiz tanınmış telejurnalist Altay Əlyievə müraciət edib.
- Sizcə, «altılıq» sistemi özünü doğruldurmu?
- Əslində ilk «altılıq»da oyunların gərgin keçməsi, bütün qarşılaşmalarda amansız mübarizə xoş haldır. Klubların hamısı xal ehtiyatını çoxaltmağa, uğurlu nəticə qazanmağa cəhd göstərir. Hətta heç kimin gözləmədiyi halda “Qəbələ” «altılığ»ın ən çox xal toplayan komandalarındandır. Halbuki əsas mərhələ başlamazdan öncə bu klub haqqında müxtəlif söz-söhbətlər dolaşırdı. Lakin 2-ci “altılıq”da vəziyyət tam fərqlidir. Demək olar ki, oyunlara maraq qalmayıb və əksəriyyəti formal xarakter daşıyır. Əslində ilk “altılıq”dakı mübarizə maraqlı keçsə də, sistemin özü normal deyil.
- Yeni mövsümdən hansı sistem tətbiq edilsə, çempionata əlavə rəng qatar?
- Mən həmişə 10 komandalı 4 dövrə və ya 16 komandalı 2 dövrənin tərəfdarı olmuşam. Bugünkü reallıqda 16 komanda yığmaq çətindir. Əslində yığmaq da olar, ancaq onlarla liderlər arasında kəskin fərq olacaq və yenə ötən illərdə olduğu kimi 8:0, 10:0-lıq nəticələr görə bilərik. Ona görə hələ ki, 10 komanda ən ideal variantdı. Rövnəq Abdullayev AFFA prezidenti seçildiyi ilk ilində medalların təltif olunması mərasimində jurnalistləri yanına çağıraraq onların da fikirlərini öyrəndi. Nəhayət, vahid bir sistemin tətbiq olunması üçün variantlar axtarıldığını bildirdi. Hətta orada yaz-payız sisteminə keçməyin tərəfdarı olan çox hörmət etdiyim həmkarım olsa da, mən geriyə qayıtmağın əleyhinəyəm. Əslində bu gün həm AFFA rəhbərliyi, həm də çempionatı keçirən PFL bu barədə düşünür və vahid bir sistem tətbiq etmək istəyir. Məncə, bu barədə qəbul ediləcək növbəti qərar həlledici və qarşıdakı bir neçə il üçün vahid olacaq.
Mən bu barədə PFL prezidenti Ramin Musayevə öz varinatlarımı təklif etmişəm. 12 komandada qalsaq Şotlandiya, 10 komandaya keçsək İsveçrə modeli. Əslində problemlər tək bundan ibarət deyil. Çempionatın əvvəlində püşkatma olur və komandaların nömrələri müəyyənləşir. Məsələn, 1 nömrə “Bakı”ya, 2 nömrə “Muğan”a düşdüsə, 12 isə “Karvan”da oldusa dərhal 1-ci turda “Bakı”nın Yevlax klubu ilə, 2-ci turda isə Salyan təmsilçisi ilə oynayacağı məlumdur. Bundan başqa bu cədvəldə hər bir komanda o birini qovalayır. Əvvəllər də bununla bağlı narazılıqlar olmuşdu. Hələ “Neftçi” ilə “Şəmkir” çempionluq uğrunda mübarizə aparanda paytaxt klubunun rəqibləri növbəti tur “Şəmkir”lə qarşılaşırdı ki, bu da “Neftçi”nin haqlı narazılığına səbəb olurdu. Çünki flaqmana qarşı bütün qüvvəsini sərf edən hər hansı bir klub “Şəmkir”lə oyunda yorulurdu. Eyni yaxın keçmişdə “Neftçi” və «Xəzər Lənkəran” arasında da yaşanmışdı. Bu Sovet dövründən qalmış sistemdir. Məncə, artıq bu işdə də Avropa ölkələrindən nümunə götürmək lazımdır. Və bir çempionat bitəndən dərhal sonra növbəti çempionatın təqvimi bilinməlidir.
- Yaxın gələcəkdə ölkə futbolundan nə gözləyirsən?
- Bu yaxınlarda da demişdim. İnkişaf 1 günə, 1 aya, 1 ilə olmur. Sistemli şəkildə işlər qurulursa, biz yaxın gələcəkdə bunun bəhrəsini görəcəyik. Təbii ki, bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev ölkə idmanının inkişafı üçün bütün şəraiti yaradıb. Futbolla yanaşı digər idman növlərinə qayğı və diqqət göstərir. Buna cavab olaraq idmançılar uğur qazanıb ilk növbədə Azərbaycan rəhbərini sevindirməlidirlər. Azərbaycan klubları, futbolçuları, idmançıları, məşqçiləri, federasiya rəhbərləri və bizlər fəxr etməliyik ki, ölkəmizin İlham Əliyev kimi prezidenti var.
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov