«Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi
- Son vaxtlar komandanıza hakimlər tərəfindən köməklik göstərilməsi barədə xəbərlər dolaşır.
- Mən açıq deyim ki, «altılıq»da «Neftçi» məzmunlu oyun nümayiş etdirir, hücum futbolu oynayır. «İnter»lə səfərdə 1:1 hesablı nəticədən və «Bakı» üzərindəki inamlı qələbə «Neftçi»ni istəməyən qüvvələri bir qədər qıcıqlandırdı. Artıq meydançada bizi dayandıra bilməyəcəyini görən bəzi qüvvələr müxtəlif üsullara əl ataraq «Neftçi»ni təxribata çəkməyə çalışırlar. «Xəzər Lənkəran»la səfərdəki oyunda hakimin çıxardığı qərarları dəfələrlə müzakirə etdik və qapımıza vurulan hər iki qol zamanı rəqib tərəfindən qaydanın pozulduğunu sübuta yetirdik. Eyni zamanda «Qəbələ» ilə Bakıdakı oyunumuzda da nələrin baş verdiyini bütün futbol ictimaiyyəti gördü.
- Amma rəqib komanda sizin futbolçuları «fair play» qaydalarına əməl etməməkdə suçlayır.
- Özünüz də gördünüz ki, rəqibin futbolçuları dəfələrlə oyunun vaxtını uzatmağa çalışır, tez-tez simulyasiyalara yol verirdilər. Hakim isə təcrübəsizliyindən rəqib komandanın futbolçularının təzyiqi altına düşərək belə epizodların qarşısını ala bilmirdi. Bu mənada, oyunu tempi aşağı düşür, bu isə rəqibə sərf edirdi. Eyni zamanda Vosbokoynikov epizodunda «fair play» qaydalarının pozulduğunu iddia edən insanlara bildirirəm ki, onu təxribata çəkən məhz rəqib futbolçu oldu.
Bizi «fair play» qaydasını pozmaqda günahlandırırlar. Yadınıza salın, künc zərbəsi zamanı bizim iki futbolçumuz - Rəşad Abdullayev və Marian Aliuta topu rəqibə verdilər. Bu isə «fair play» nümunəsinin zirvə nöqtəsidir. Baxmayaraq ki, buna qədər futbolçular arasında insident baş vermişdi. Amma bizim oyunçular təmkinlərini pozmadılar.
Oyundan sonra biz hakimliklə bağlı rəsmi olaraq etirazımızı bildirdik. Vosbokoynikova rəqib komandanın əksər futbolçuları fiziki təzyiq göstərəndə top meydanı tərk etməmişdi. Bu da açıq-aşkar qayda pozuntusu və penalti demək idi.
- Bildirirsiniz ki, bəzi qüvvələr «Neftçi»ni təxribata çəkir. Bu, hansı qüvvələrdir?
- Görünən dağa nə bələdçi? Hər şey göz qabağındadır. Klub prezidenti Sadıq Sadıqov başda olmaqla «Neftçi» gənc mütəxəssis Arif Əsədova güvənəndən sonra komandadakı müsbət dəyişikliyi bütün Azərbaycan gördü. «Neftçi»nin oyunları alqışalayiqdir. Eyni zamanda gənc Araz Abdullayevi əsas heyətə çəkinmədən yer verməklə Arif Əsədov «Neftçi»nin oyununa əlavə rəng qatdı. Arazın bir futbolçu kimi daha da püxtələşməsinə şərait yaratdı. Təsadüfi deyil ki, Araz ötən ay üçün Premyer Liqanın ən yaxşı futbolçusu seçildi. Bütün bunlar bir daha «Neftçi»nin düzgün yolda olmasının əyani göstəricisidir. Təəssüf ki, bütün bunları həzm edə bilməyən bəzi qüvvələr «Neftçi»yə təzyiq edir, onu təxribata çəkir. Amma bunlara baxmayaraq, biz düzgün yolda olduğumuza inanırıq.
- Hər halda, həmin qüvvələr kimlərdir?
- «Neftçi» əvvəllər uğursuz çıxış edərək «qara zolağ»a düşmüşdü. Komandanın bu zolaqdan çıxarılması üçün klub rəhbərliyi tərəfindən fədakar addımlar atıldı. Hazırda «Neftçi»də ab-hava yüksək səviyyədədir.
Sualınıza gəlincə, konkret ad çəkməyim doğru olmazdı. Bir daha deyirəm, son iki oyunda nələrin baş verdiyini hamı gördü.
- Bu həftə komandanızı «Qarabağ»la çətin oyun gözləyir. Dediyiniz təxribatçı qüvvələr bu qarşılaşmada da öz işlərini görə bilərlərmi?
- Biz dərk edirik ki, Quzanlıda bizi çətin oyun gözləyir. Şübhə etmirəm ki, azarkeşlər baxımlı, məzmunlu oyunun şahidi olacaqlar. «Qarabağ» hər birimizin ürəyində yeri olan bir klubdur. İnanıram ki, hər iki komanda meydanda adına layiq oyun göstərəcək və güclü olan tərəf bu oyunda qalib gələcək.
Azarkeşlərimiz əmin olsun ki, Quzanlıda «Neftçi» tərəfindən yüksək səviyyədə oyün namayiş olunacaq və iki köklü komandanın bir-biri ilə oyunu çempionata əlavə rəng qatacaq.
Mən şübhə etmirəm ki, bizim komanda «Qarabağ»la oyunda yüksək oyun nümayiş etdirəcək. Çox istərdim ki, hakimliyin səviyyəsi də bu oyuna uyğun olsun. «Neftçi»yə ancaq və ancaq təmiz oyunla qələbələr lazımdır.
- Sonda. «Neftçi»yə xaricdən futbolçuların gətiriləcəyi barədə yenidən xəbərlər yayılıb.
- Hazırda bizim fikrimiz «Qarabağ»la növbəti oyundan başlayaraq, çempionatın digər matçlarına yönəlib. Təbii ki, eyni zamanda indidən klub prezidentimizin tapşırığıyla gələn mövsüm üçün istər təşkilati, istərsə digər məsələlərlə bağlı müzakirələr gedir. Artıq gələn mövsümdən «Neftçi» yenidən ağ-qara formasına qayıdacaq. Bununla bağlı sifarişlər də verilib.
Futbolçu məsələsinə gəlincə, hazırda «Neftçi»nin hər hansı bir oyunçu ilə danışıq aparması real deyil. Bu gün biz öz futbolçularımıza güvənirik və gələcəyi düşünərək oyunlara hazırlaşırıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi