Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- PFL bundan sonra çempionatda vurulan hər qola görə 100 manat mükafat ayırıb. Bu təşəbbüsü kim irəli sürüb?
- Bilirsiniz ki, Unibank Azərbaycan futbolunun inkişafı naminə bizim Premyer Liqaya sponsorluq edir. Düzdür, bəzi mətbuat işçiləri buna müxtəlif don geyindirməyə çalışırlar. Konkret son təşəbbüs Unibankın özü tərəfindən gəlib. Çempionatın daha maralı və daha gərgin keçməsi üçün hər qola görə pul mükafatı ayrılıb. Yığılan pullar Saray qəsəbəsində yerləşən kimsəsiz uşaq evinə veriləcək.
- Mövsümün sonunda ən yaxşı məşqçi üçün də xüsusi mükafat ayırılıb. Amma nəyə görəsə hələlik hakimlərin adları çəkilmir.
- Məşqçilərə mükafat AFFA və PFL rəhbərliyi tərəfindən təqdim olunacaq.
- Bəs, hakimlərə necə, mükafat verilməyəcək?
- Veriləcək. Onsuz da onlara hər il hədiyyələr verilir.
- Hakimlikdən söz düşmüşkən, çempionatın son turunda onlarla bağlı növbəti narazılıq yarandı. Məsələn, «Neftçi», «Qəbələ» və «Bakı» hakimlərdən şikayətçi düşüblər.
- PFL-in vəzifəsi bu şikayətlərə baxmaq və araşdırmaqdır. «Neftçi» - «Qəbələ» oyunundakı hakimin qərarlarına baxılıb və tam əminliklə deyirəm ki, heç bir qərəzdən söhbət gedə bilməz. Bu oyunun hakimləri ilə də söhbət aparmışıq. Onlar hadisələri tam sakit şəkildə başa vurmaq üçün sarı vərəqələrdən istifadə etməyiblər.
- Ümumiyyətlə, son zamanlar çempionatın oyunlarında futbolçular arasında davalar düşür, gərginlik artıb.
- Bu məsələdə nə hakimin, nə komandaların, də futbolçunun günahı var. Ən böyük «günah» şəxsən məndədir! Biz «altılıq» sistemi tədbiq etdik, nəticəsini də görürsünüz. Xüsusilə ilk «altılıq»da gərgin oyunlar gedir. Hər bir komanda nəyə qadir olduğunu göstərmək istəyir. Bütün bunlar çempionatın həqiqətən də maraqlı keçdiyinin göstəricisidir. Çempionatın başa çatmasına hələ altı tur var. İndidən heç bir klub çempion olacağını və ya avroliqada oynamağa imkan verən yerlərdən birini tutacağını söyləyə bilməz.
- Bu həftə bütün oyunların eyni saatda başlaması barədə qərar verməyiniz nə ilə əlaqədardır?
- Bu, oyunların canlı teletransilasiyası üçün edilib.
- Yeri gəlmişkən, artıq növbəti turlardan «altılıq»dakı hər üç oyunun canlı yayımlanacağı bildirilir. Bunun baş verməsində PFL-in rolu nə qədər olub?
- PFL AzTV rəhbərliyi ilə söhbət edib. Bildiyiniz kimi, onlarda texniki problem olduğuna görə «Xəzər Lənkəran» - «Neftçi» və «Qarabağ» - «İnter» oyunları canlı yayımlanmamışdı. AzTV sübut etdi ki, texniki problemlər aradan götürüləndən sonra və ya hətta müəyyən problemlər qalsa belə, oyunları canlı yayımla nümayiş etdirməyə hazırdır. Ötən tur «altılıq»dakı hər üç oyun canlı yayımlandı. Bu dəfə isə oyunlardan ikisi regionlara təsadüf etdiyindən bir görüş canlı efirə veriləcək. Bakıdakı qarşılaşma da canlı yayımlanacaq.
Biz bir daha əminik ki, oyunların yayım hüquqünu AzTV-yə verməklə yanılmamışıq.
- Birbaşa bu mövsümə aidiiyyatı olmasa da, hər halda maraqlıdır, ola bilərmi ki, növbəti mövsümdən stadionlarının ot örtüyü bərbad vəziyyətdə olan komandalara bu meydanda oynamaq qadağan edilsin?
- Söhbət təkcə ot örtüyündən getmir. Əvvəllər bizim nümayəndələr stadionları çempionatın başlamasına 10-15 gün qalmış yoxlayırdı. Bu dəfə isə mövsüm başa çatan kimi xüsusi komissiya stadionları nəzarətə götürəcək. Növbəti çempionat başlayana kimi, stadionların ot örtüyündəki və təhlükəsizliklə bağlı problemlər mütləq aradan qaldırılmalıdır.
- Aradan qaldırılmasa necə olacaq?
- Həmin stadionlarda oyunların keçirilməsinə icazə verilməyəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi