Çexiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl Azərbaycan milli komandasının mətbuat konfransında maska flaşmobunu AFFA təşkil etmək istəyib.
Qol.az xəbər verir ki, bu barədə "Report"a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib.
M.Nərimanoğlunun sözlərinə görə, bu flaşmob yığmada son oyununu keçirəcək Rəşad Sadıqova dəstək məqsədi daşıyıb. O, ötən günün birinci yarısında FİFA komissarı Romano Klavedetşerlə, mətbuat konfransından əvvəl isə jurnalistlərlə bu barədə danışdıqlarını və heç bir etiraz cavabı almadıqlarını açıqlayıb: "Biz bu flaşmob barədə oyunun isveçrəli komissarla ötən gün səhər saatlarında danışmışdıq. Həmin vaxt o, etiraz etmədiyi üçün üzərində Rəşad Sadıqovun şəkli olan maskaları hazırlatmışdıq. Mətbuat konfransından əvvəl isə jurnalistlərə 20 saniyəlik flaşmob keçirmək istəyimizi bildirdik. Bu vaxt heç bir həmkarımız etiraz etmədi. Hətta çexiyalı jurnalistlər də razılaşdılar. İştirakçılardan kimsə narazı olsaydı, özümüz flaşmoba cəhd belə etməyəcəkdik. Lakin FİFA komissarı mətbuat konfransının özləri tərəfindən lentə alınaraq, yayımlandığını əsas gətirərək, razı olmadı. Bununla belə, jurnalistlər tədbirin sonunadək maskaları əllərində tutdular. Mətbuat konfransından sonra isə maskada Rəşad Sadıqovla şəkil çəkdirməyi düşünürdük. Amma buna Sadıqovun özü razı olmadı".
AFFA rəsmisi onu da bildirib ki, söhbət millidə son oyununu keçirən Rəşad Sadıqova dəstəkdən getdiyi üçün jurnalistlərin maska taxması ideyasında birmənalı qəbul olunmayacaq hal yoxdur.
Qeyd edək ki, Rəşad Sadıqov baş məşqçi Robert Prosineçki və futbolçu Rahid Əmirquliyevin də qatıldığı mətbuat konfransında Azərbaycan millisi ilə vidalaşdığını rəsmən bəyan edib. Sadıqov sonuncu dəfə bu gün Çexiyaya qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçında milli forma geyinəcəyini vurğulayıb.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı