"Azərbaycan millisinə qalib gəlməyin yolunu bilirik"

"Azərbaycan millisinə qalib gəlməyin yolunu bilirik"
GÜNDƏM 5 Oktyabr 2017 / 13:05 3265
-  A +

"Artıq Azərbaycan millisinin necə oynadığını bilirik. Qələbə qazanmağın yolunu bilirik".

Qol.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin üzvü Vladimir Darida ölkəsinin mətbuatına açıqlamasında deyib.

DÇ-2018-in seçmə mərhələsində bu gün millimizlə keçiriləcək oyunla bağlı danışan 27 yaşlı yarımmüdafiəçi komandamızı yaxşı tanıdıqlarını bildirib: “Azərbayan millisi haqda ətraflı məlumatımız var. Onların  üstün və zəif cəhətləri bizə bəllidir. Necə oynamalı olduğumuzu bilirik. Oyuna yaxşı köklənmişik. Təbii ki, rəqib də bizə qarşı necə oynayacağını bilir. Qarşıdakı iki oyunda 6 xal toplamalıyıq ki, reytinqimiz yüksəlsin".

Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər