«Bakı» klubunun türkiyəli sabiq baş məşqçisi Bülənt Qorxmazın Qol.Az saytına müsahibəsi
- Türkiyəyə qayıtdıqdan sonra nə işlə məşğulsunuz?
- Hələlik heç bir iş görmürəm. Yalnız Türkiyə superliqasının oyunlarını izləyirəm.
- Telekanallardan hansındasa yenidən şərhçilik etmək fikriniz varmı?
- Dünən «LİG TV»nin qonağı oldum. «Sivasspor» - «Qalatasaray» oyununu şərh etdim. Bu telekanal mənə müqavilə bağlamağı təklif etsə də, qəbul etməmişəm.
- Azərbaycan futbolunu və «Bakı» komandasını izləyirsinizmi?
- Yox. Şəxsi işlərimlə əlaqədar İstanbuldan kənardaydım. Amma «Bakı»nın göstərdiyi nəticələrdən xəbərdaram. Orada köməkçilərim olmuş məşqçilər bu haqda mənə xəbər veriblər.
- «Bakı»dan getmək qərarınız Türkiyədə necə qarşılandı?
- Vallah, kimsə bir şey deməyib. İstər Azərbaycanda, istərsə də Türkiyədə mənim qərarıma sayğı ilə yanaşırlar.
- Cüneyt Biçer «Bakı»ya baş məşqçi təyin edilib. Bu məşqçi haqda fikriniz necədir?
- Onu «Bakı»ya mən gətirmişəm. O, aşağı yaş qrupları üzrə komandada çalışırdı. Ümumiyyətlə, Cüneyt barəsində bir şey söyləyə bilmərəm.
- Hər halda, o, «Bakı» komandasına istədiyi nəticələri qazandırmaq gücündə olan məşqçidirmi?
- Biz komandanı tam hazır vəziyyəti gətirmişik. İstər taktiki, istər texniki, istərsə də komanda intizamı mənasında «Bakı» hazır komandadır. İndi bu komandaya hansı məşqçi gəlsə, «Bakı»ya həm çempionluğu, həm də kuboku qazandıra bilər.
- «Bakı»dan ayrıldıqdan sonra sizə Azərbaycan və Türkiyənin hansısa klubundan iş təklif edən olubmu?
- Türkiyənin superliqa klublarından dəvət almışam. Amma bununla bağlı son qərarımı mövsümün sonunda verəcəyəm. Asiya ölkələrindən birindən dəvət olsa da, qəbul etmədim.
- Bu gün Türkiyə mediasında sizə istinadən Jabanın «Bakı»nı tərk edəcəyi yazılıb. Doğrudurmu?
- Jabanın bu mövsümün sonunda «Bakı»yla müqaviləsi başa çatır. Bu halda oyunçu istədiyi komandaya keçə bilər.
- Hər halda, Jaba «Bakı»nı tərk edəcəyi haqda sizə nəsə deyib?
- Yox. Birdə ki, mən o vaxt «Bakı»ya rəhbərlik edirdim. İndi isə heç bir klubda çalışmıram. Mənə bu barədə nə deyəsidir ki?
- Təklif olsa, Azərbaycanın hansı komandasında işləmək istərdiniz?
- Hər halda ortada bir şey olmadığına görə, konkret ad çəkməyi doğru hesab etmirəm. Amma yenidən Azərbaycanda çalışmaq istərdim.
- «Bakı»dan ayrıqdıqdan sonra komandadan sizinlə əlaqə yaradan varmı?
- Əlbəttə. Dünən futbolçulardan biri ingilis dilində sms göndərdi, hal-əhval tutdu.
- Hansı futbolçu?
- Onun adını çəkmək istəmirəm.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi