«Qəbələ» son zamanlar uğurlu çıxışı ilə diqqət çəkir. Xüsusən ilk «altılıq»da keçirdiyi oyunlarda sərfəli nəticələr qazanan komandanın bu uğurlu çıxışını, hədəflərini Qol.Az saytına müsahibəsində klubun vitse-prezidenti Fariz Nəcəfov dəyərləndirib.
- Fariz müəllim, son zamanlar «Qəbələ» uğurlu çıxışı ilə bütün diqqətləri öz üzərinə çəkib. Komanda rəhbərliyi tərəfindən «Qəbələ»nin bu çıxışı necə qiymətləndirilir?
- Biz «Qəbələ»nin oyunlarını çox müsbət dəyərləndiririk. Hesab edirik ki, komandamız hansı pilləyə layiqdirsə, məhz orada olmalıdır. Belə düşünürük ki, «Qəbələ» ilk «altılıq»da keçirdiyi oyunlarda qazandığı xallara tam mənada layiqdir. Klubumuz ilk «altılığ»a düşəndə bir çoxu «Qəbələ»nin bura layiq olmadığını, autsayder olduğunu deyirdi. Amma biz bütün bu söylənilənlərə məhz gözəl oyun və sərfəli nəticələr qazanmaqla cavab verdik. Ümidvaram ki, komandamız bundan sonra da uğurlu çıxışlarını davam etdirərək ilk «altılığ»a layiq olduğunu hər kəsə göstərəcək.
- Son uğurlu çıxışlardan sonra klub rəhbərliyi yeni hədəflərin müəyyənləşdirilməsilə bağlı hər hansısa bir toplantı keçirbmi? Və ya bu sərfəli nəticələrdən sonra komandanın məqsədləri dəyişibmi?
- İlk «altılığ»a düşdükdən sonra bütün oyunçuların iştirakı ilə iclas keçirdik. Onların qarşısına hədəf kimi «Qəbələ»nin imici üçün oynamağın vacibliyini diqqətə çatdırdıq. Sevindirici haldır ki, oyunçularımız bunun öhdəsindən artıqlaması ilə gəlirlər. Lakin son çıxışlardan sonra hədəfimiz avrokuboklarda çıxış etməkdir. Əgər avrokuboklara qatıla bilsək, təbii ki, oyunçularım mükafatsız qalmayacaq.
- Şəxsən siz özünüz ilk «altılıq»da «Qəbələ»dən belə oyun gözləyirdiniz?
- Açığı, mən «Qəbələ»nin əzmkar oyun nümayiş etdirəcəyinə inanırdım, amma belə uğurlu nəticələr qazanacağını gözləmirdim. Daha öncəki oyunlarda da biz əzmkar komanda olmaqla diqqət çəkirdik. Komandamızın uğurlu çıxış etməsi mənimçün bir az surpriz oldu. Hər halda biz qazandığımız xallara layiqik. Mən başda məşqçimiz Ramiz Məmmədov olmaqla bütün oyunçularımıza minnətdarlığımı bildirirəm. Həqiqətən də onlar böyük nailiyyətlərə imza atırlar.
- Liderlə və öndə olan digər komandalarla elə də böyük xal fərqi yoxdur. Bu, çempionlaq haqda düşünməyinizə imkan verirmi?
- Çempion olmağı istərdim. Amma düzü, çempionluq gözləmirəm. Bu, əsl sürpriz olar. Məqsədimiz ilk dördlükdə qərar tutmaqdır. İnanıram ki, bu məqsədə çata biləcəyik.
- «Neftçi» ilə matçda və oyunsonrası futbolçular arasında müəyyən gərginlik yaşandı. Sizcə, vəziyyəti bu həddə kim çatdırdı?
- Mən o ərəfədə ölkədə deyildim. Buna gərə də həmin vəziyyəti tam şəkildə incələyə bilməmişəm. Məhz bu üzdən məsələ ilə bağlı heç nə deyə bilmərəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi