"İstidən oyunçularımız meydana sərilmişdi" - Svanadze

"İstidən oyunçularımız meydana sərilmişdi" -  Svanadze
GÜNDƏM 16 Sentyabr 2017 / 19:49 3094
-  A +

“Oyunun nəticəsini ədalətli hesab edirəm. İlk hissəyə yaxşı başlamasaq da, ikinci hissədə öz oyunumuzu düzəltdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 5-ci turunda “Sumqayıt”la keçirilən oyundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Rəqib komandanın baş məşqçisi Samir Abasov kimi Svanadze də oyun saatının günün isti vaxtına təyin edilməsindən gileylənib: “Matçın sonuna yaxın irəli keçmək üçün imkanımız da oldu. Ancaq bu istidə keyfiyyətli futbol oynamaq mümkün deyil. Özünüz də gördünüz ki, bəzi oyunçularımız meydanda sərilib qalmışdı”.

Daha çox


Son xəbərlər