Millimiz San Marino ilə oyuna 3 itki ilə çıxacaq

Millimiz San Marino ilə oyuna 3 itki ilə çıxacaq
GÜNDƏM 2 Sentyabr 2017 / 01:10 5794
-  A +

DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçə uduzan milli komandamızın 3 futbolçusu cəzalı duruma düşüb.

Qol.az-ın məlumatına görə, Maksim Medvedyev və Dmitri Nazarov sarı vərəqə limitini doldurub, Bədavi Hüseynov isə qırmızı vərəqə alıb.

Bu səbəbdən hər üç futbolçu sentyabrın 4-də Bakıda San Marino ilə keçiriləcək oyunu buraxacaq.

Daha çox


Son xəbərlər