"Qələbəyə ümidliyik" - Norveç millisinin futbolçusu

"Qələbəyə ümidliyik" - Norveç millisinin futbolçusu
GÜNDƏM 31 Avqust 2017 / 15:04 3245
-  A +

"Oyuna ciddi hazırlaşmışıq. Güclü təlim-məşq toplanışı keçmişik".

Qol.az-ın məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Haytam Alisami DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

26 yaşlı cinah oyunçusu sabahkı matçda qələbəyə ümidli olduqlarını bildirib: "Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər hər şey alınacaq".

Alisami "Palermo"dakı karyerasının dumanlı olduğunu da dilə gətirib: "Hələ hər şey dumanlıdır. Karyerama aydınlıq gəlməyib. Ümidvaram ki, tezliklə bu məsələyə son qoyulacaq".

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner