"Qarabağ"ın rəqibi 38 milyona hücumçu aldı - rəsmi

"Qarabağ"ın rəqibi 38 milyona hücumçu aldı -  rəsmi
GÜNDƏM 29 Avqust 2017 / 19:21 6278
-  A +

“Sampdoriya”nın futbolçusu Patrik Şikin “Roma”ya keçidi rəsmiləşib.

Qol.az-ın paytaxt klubunun saytına istinadən yaydığı xəbərə görə, çexiyalı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” bu transfer üçün qarşı tərəfə 38 milyon avro ödəyib.

Qeyd edək ki, 21 yaşlı futbolçu ötən mövsüm “Sampdoriya”da 32 oyuna 11 qol vurub.

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır