“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın üçüncü turunda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.
- Pis oynamırdıq. Birinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi. Düşünürdük ki, ikinci hissədə daha yaxşı çıxış edəcəyik. Əfsuslar olsun ki, buraxdığımız qoldan sonra rəqib bizi əks-hücumda yaxaladı. Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm. Böyük problem görmürəm. Düşünürəm ki, oyunumuzu zamanla tapacağıq. Çünki yaxşı komandamız var.
- Bugünkü oyunda qapıçı dəyişikliyi nə ilə bağlı idi?
- Mehdi Cənnətova da şans vermək lazımdır. Çünki sabah Fərhad Əliyev zədə ala bilər. Bugünkü yenilgiyə görə qapıçını günahlandırmaq olmaz. Komandamız oyununu tapa bilmirik. Bunu oyunçuların keyfiyyəti ilə əlaqələndirməzdim.
- Əsasnaməyə görə, protokola 23 futbolçunun adını daxil edə bilərsiniz. Amma siz yenə də matçın iştirak ərizəsində 18 nəfəri qeyd edirsiniz...
- Olan futbolçumuz budur. Əvəzedicidən oyunçuları gətirib yalandan ehtiyatda oturmağın mənası yoxdur. Futbolçu baxımından problem çəkmirik.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi