"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 3-cü turunda "Sumqayıt"la oyundan (3:1) sonra mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Fürsətdən istifadə edib ilk növbədə “Qarabağ”ı təbrik edirəm. Komanda hər kəsin arzusunu reallaşdırdı. Futbolçu və məşqçi karyeramda “Qarabağ”ın, Qurban Qurbanovun böyük rolu var.
Oyuna gəldikdə, bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Çünki “Kəpəz” üzərində qələbədən sonra komandada arxayınlaşma ola bilərdi. Həftə boyu bunun üzərində çalışdıq. İlk hissədə də göründü ki, futbolçularda arxayınlaşma var. Fasilədə oyunçularla söhbətimiz oldu. Fasilədən sonra “Zirə” kimi oynadıq. İkinci 45 dəqiqədə taktiki cəhətdən düzgün çıxış etdik. “Sumqayıt” da yaxşı komandadır. Artıq onların da heyətlərində təcrübəli futbolçular çıxış edir. Ardıcıl üçüncü qələbəmizi qazandıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Bundan sonra işimiz daha ağır olacaq.
- Demək olar ki, bugünkü oyunun taleyini əvəzetmə həll etdi?
- Vüsal İsgəndərlidə potensial görmüşük. Keçən ildən komandadadır. Amma onda sanki nəsə çatışmır. Bu səbəbdən də üzərində çox çalışırıq, fərdi söhbətlər aparırıq. Bu matçdan əvvəl də ona demişdim ki, qol vurmalısan. Oyundan öncə Vüsala əsas heyətdə şans vermək barədə xeyli düşündük. Ehtiyatda qalsa da, sonrada meydana çıxıb sözünü dedi. Amma gələcəkdə üzərində daha çox çalışmalıdır (futbolxeber.az).
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi