“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 3-cü turunda səfərdə “Neftçi” qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Gərgin oyun idi. Yeni komandayıq. Hamısı cavan uşaqlardır, birinci dəstədən gələn futbolçular var. Səbr etmək, bir az gözləmək lazımdır. Komanda meydanın hər qarışı uğrunda vuruşdu. “Neftçi”nin üstünlüyü var idi, bunu boynumuza almalıyıq. Amma komanda vuruşduğu üçün 1 xalı qazandı. “Neftçi” bu gün ən yaxşı oyunlarından birini keçirdi.
- İlyas Səfərzadə və Kamran Abdullazadə bu dəfə ehtiyatda qalmışdılar...
- Rəqibi analiz etmişdik. Onlar hücumda çox güclüdülər. Buna görə də, dağıdıcı futbolçulardan istifadə etməli idik. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Məşqdə kim daha yaxşı görünürsə, onlardan istifadə etməyə çalışırıq.
- İstədiyinizi aldınmı?
- Gördük ki, komandamızda potensial var. Getdikcə daha da “artırıb”, üstünə qoymalıyıq. Bu gün 1 xal bizim üçün çox vacib idi. Komandanın özünə gəlməsi mənasında bu, böyük önəm kəsb edirdi. Futbolçularımın meydandakı vuruşundan razı qaldım.
- “Neftçi”yə gəlməyi ehtimal olunan məşqçilərin sırasında sizin də adınız çəkilir. Bu “Neftçi”ni qəbul etmək istərdinizmi?
- “Neftçi”nin öz siyasəti var. Komandanın çox yaxşı futbolçuları var. “Neftçi” ilk 2 oyunu belə keçirsəydi, xallar qazanardı. Mən isə “Kəpəz”dən heç yerə gedən deyiləm. Azarkeşlər, rəhbərlik qarşısında öhdəliyim var. Bu futbolçuları mən yığmışam.
- “Kəpəz” çempionatda neçənci yerlər uğrunda mübarizə apara bilər?
- Belə artıraraq davam etsək, istədiyimiz yerdə ola bilərik. Üç oyuna əsasən, bu suala konkret cavab vermək olmaz. Əsas odu ki, stabil oyunumuzu “tutaq”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi