Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın üçüncü turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Vacib 3 xal qazandıq. Etiraf edim ki, yaxşı oynamadıq. 3 ildir bu komandadaym. Heç vaxt belə pis oyun oynamamışdıq. Amma bunun da səbəbləri var. Nizami, Elnur, Pərdis zədəli halda meydana çıxmışdılar. Sonadək oynadıqlarına görə onlara təşəkkür edirəm. Tərlan Quliyevin qovulması isə vəziyyətimiz daha da ağırlaşdı. Komanda 3 günlük istirahətə buraxılacaq. Ümid edirəm ki, sentyabrın 9-dakı oyunadək bütün zədəli futbolçular sağalacaq. Yeri gəlmişkən, "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə də təbrik edirəm. Elə böyük komandaları Bakıda görmək sadəcə, fantastikadır.
- Nizaminin təkcə zədəli olması yox, həm də artıq çəkisi hiss olunurdu.
- Bəli, düzgün vurğuladınız. 10 gündür ki, zədəli idi, müalicə olunurdu. Nizamidən başqa da bir neçə futbolçunun artıq çəkisi var.
- Komanda pulsuzluqdan əziyyət çəkir, futbolçuların isə artıq çəkisi var. Bu nə ilə bağlıdır?
- Bu sadəcə futbolçuların fizioloji quruluşu ilə bağlıdır.
- Tərlan Quliyevin qaydanı pozduğu hər iki epizod gözünüzün qarşısında oldu. Sizcə, bu epizodlarda sarı vərəqə haqlı qərar idi?
- Buna hakim qərar verir. Hakimliyi heç vaxt müzakirə etmirik. Onların da işi bizim kimi çətindir (sportal.az).
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək