"Çempionlar Liqasının qrup mərhələsində Atletiko", "Çelsi" və "Roma" ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. İlk dəfə qrup mərhələsində oynayacağımıza görə digər komandalar üçün asan rəqibik. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın meneceri Asif Əsgərov Çempionlar Liqasının qrup mərhələsinin dünən keçirilən püşkatma mərasimindən sonra Türkiyənin Anadolu agentliyinə deyib.
O, Ağdam klubuna dəstək olan türklərə təşəkkür edib: “Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar. "Kopenhagen”lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. "İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik".
Ə.Əsgərov bundan sonrakı səfər oyunlarında türklərdən necə dəstək gözlədiyi ilə bağlı sualı belə cavablandırıb: "Bir hər matçımızda türk və azərbaycanlıların qardaş olduqlarını görürük. Bu böyük oyunlarda onlardan hər zaman dəstək gözləyirik. Sağ olsunlar, indiyə kimi bizi dəstəkləyiblər. Üç səfər görüşümüzdə də belə davam edəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq".
"Qarabağ"ın meneceri ÇL-də qrup mərhələsində oynayacaq "Beşiktaş"a da uğurlar arzulayıb: "Bizim hədəfimiz Çempionlar Liqasının qrupuna qalmaq idi. Bunun sevincini yaşayırıq. "Beşiktaş"ın daha da irəli getməsini arzulayırıq".
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək