“Roma”nın baş məşqçisi Eusebio di Françesko Çempionlar Liqasının qrupunun püşkünə münasibət bildirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, rəqibləri olan “Çelsi”, “Atletiko” və “Qarabağ” barədə danışıb.
“Mən püşkatmaya komandamla birgə baxdım. “Çelsi” və “Atletiko” böyük klubdur. “Qarabağ” qrupun ən zəifi hesab oluna bilər. Amma onların oyununu qiymətləndirməmək olmaz. Son 4 ildə “Atletiko” iki dəfə ÇL-in finalında oynayıb. Onlar belə səviyyədə oynamağa öyrəşiblər. Madridlilər yaxşı futbol oynamaya bilərlər, amma həmişə yaxşı nəticə qazanırlar. “Çelsi” də çox güclüdür. Onların Antonio Konte kimi yüksək səviyyəli məşqçiləri var”.
Eusebio di Françesko deyib ki, onlar çətin qrupa düşüblər: "Amma biz üçüncü səbətdə yer aldığımızdan bu, gözlənilən idi. Bilirdik ki, bizi güclü komandalar gözləyir. Bizim qrupdakı hər bir komandaya hörmətimiz var. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq".
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır