"Neftçi” komandası "Kəpəz”lə keçirəcəyi Azərbaycan Premyer Liqasının III tur qarşılaşmasına yeni geyim dəstində çıxacaq.
Qol.az-ın klubun saytına istinadən yaydığı məlumata görə, klubun texniki tərəfdaşının hazırladığı formanın dizaynı xüsusi konseptə uyğun seçilib. Üslub klubun unikal tarixini özündə əks etdirir və "90-cı illərə dönüş” adlanır.
1997-ci ildə klubun emblemi dəyişdiriləndən sonra "Neftçi” bir neçə mövsüm ərzində sarı-qara rəngli formada çıxış etdi. 1999-cu ildə komanda mərhum Əhməd Ələsgərovun rəhbərliyi altında Azərbaycan kubokunun finalında "Şəmkir”i məğlub edib bu titula yiyələndi. "Neftçi” tarixinin ən böyükhesablı qələbəsi – Qusar "Şahdağ”ı üzərində qazanılan 11:0 hesablı qalibiyyət də məhz bu ildə qeydə alınıb. 2017/2018 mövsümündə "Neftçi”nin istifadə edəcəyi 3-сü – alternativ – sarı-qara forma da rəngləri və dizaynı ilə həmin mövsüm komandanın geyindiyi əsas oyun dəstlərini xatırladır.
Bu formadan "Neftçi" əsasən ölkə kuboku oyunlarında yararlanacaq. Debüt isə 1990-cı illərdə "Neftçi” ilə birgə hər mövsüm çempionluq mübarizəsi aparmış "Kəpəz”lə əzəli qarşıdurmada reallaşacaq.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır