Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen”dən sərfəli nəticə ilə qayıdaraq qrup mərhələsinə yüksələn "Qarabağ" Bakıda azarkeşlər tərəfindən böyük izdihamla qarşılanıb. Qol.az-ın məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə təəssüratlarınız necədir və hər qoldan sonra hansı hisləri keçirirdiniz?
- Çox sağ olun, hamınızı - azarkeşlərizimi, xalqımızı təbrik edirəm. Çətin oyun idi. Məğlub olsaq da, istəyimizə çatdıq. Belə oyunlar bizə ancaq fayda verir. İlk dəfə idi ki, Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparırdıq. Allaha şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Hər qoldan sonra keçirdiyim hisləri isə sözlə ifadə edə bilmərəm. Bu, başqa hislərdir. Belə hallar olur.
- Sizi ilk təbrik edən kim oldu?
- Artıq yadımda deyil (gülür).
- Oyundan sonra sizi kimi bütün ölkəmiz sevinc göz yaşlarına doldu...
- Oldu... Normaldır. İşimizdə belə hadisələr olur.
- İbrahim Şehiçin səhvindən sonra nə düşünürdünüz?
- Heç bir şey. Səhvsiz futbol olmur. Qollar səhvlərdən vurulur. Normal düşünürdüm.
- Qrup mərhələsində hansı rəqibləri arzu edirsiniz?
- İnşallah hansı komandalar düşsə, oynayacağıq.
- Azərbaycan xalqı bu gecə yatmayıb. Azarkeşlərə sözünüz nədir?
- Hər kəsə təşəkkür edirəm. Bu qələbə ölkəmizdə futbolu daha da sevdirdi. Azarkeşlər çox sevindilər. Ölkədə futbola maraq daha da artacaq. Biz futbolu onlar üçün oynayırıq. Bu oyun bizim birliyimiz üçün çox vacib oldu (sportal.az).
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır