Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AFFA prezidentinin dünənki qərarları ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Konkret olaraq PFL-in ünvanına yönələn iradları qəbul edirsiniz?
- Bəli. Çünki bu qərarı AFFA-nın prezidenti verib. Biz hər birimiz bu qərarı qəbul etməli və ona hörmətlə yanaşmalıyıq.
- PFL-ə yönələn xəbərdarlıqda qurumun işində nöqsanların olduğu vurğulanıb. Konkret hansı nöqsanlar nəzərdə tutulur?
- PFL-in nə nöqsanı ola bilər ki? Sadəcə, «Xəzər Lənkəran» - «Neftçi» matçında hakimin hazırlıqsızlığı bizim nümayəndəmizin gözündən yayınıb, bu da haqlı olaraq bizə nöqsan tutulub. Hakimin bayrağında «vibrasiya»nın işləməməsi bizə irad tutulub.
- PFL-ə yalnız bu oyuna görə nöqsanlar tutulub?
- Bəli. Dünən «Xəzər Lənkəran» - «Neftçi» oyunundan başqa ayrı söhbət olmayıb.
- AFFA prezidenti dünən hakimlərlə görüşdü. Ümumən onun Lənkərandakı oyunda hakimlərin qərarına münasibəti necə oldu?
- Hakimin oyunu qərəzsiz idarə etdiyini bildirdi və ümumən ondan narazı qalmadı. Sadəcə, birinci qol epizodunda baş hakimin yan xətt hakiminin bayrağı qaldırmasını görməməsi və buna uyğun qərar verməsi irad tutuldu.
- Əfqan Həmzəyev təkcə buna görə üç oyunluq cəzalandırılıb?
- Bəli.
- AFFA İntizam Komitəsinin «Xəzər Lənkəran» klubu ilə bağlı qərarlarına münasibətiniz necədir?
- Biz AFFA-nın bütün qərarlarına hörmətlə yanaşırıq.
- PFL-ə xəbərdarlıq edildi. Bundan sonra fəaliyyətinizi hansı istiqamətdə quracaqsınız?
- Biz əvvəl necə işləmişiksə, fəaliyyətimizi o cür də davam etdirəcəyik.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi