Fransada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 80 kq-da mübarizə aparan Azərbaycan idmançısı Elvin Mürsəliyev ilk görüşündə parlaq qələbə qazanıb.
Azərbaycan Güləş Federasiyasından Qol.az-a verilən xəbərə görə, o, əsl xarakter nümayiş etdirərək ikiqat Olimpiya (London 2012 və Rio-2016), ikiqat dünya və ikiqat Avropa çempionu, Rusiya güləşçisi Roman Vlasovu mübarizədən kənarlaşdırıb.
Beləliklə, E.Mürsəliyev 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, Ermənistan güləşçisi Edqar Babayanı (8:0), 1/4 finalda isə mərakeşli Zied Ouqramanı məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda idmançımızın rəqibi Radzik Kulieu (Belarus) olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Bununla da Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb.
Son qarşılaşmasında güləşçimiz Bolqarıstan idmançısı Daniel Aleksandrovla üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan Mürsəliyev dünya çempinatında bürünc medala sahib çıxıb.
Elvin Mürsəliyevin 2 dəfə olimpiya çempionu Roman Vlasovla qarşılaşmasının videosu
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?