"Kəpəz" Topaz Premyer Liqasının II turunda "Zirə"ylə oyununa Bakıda hazırlaşsa da, matçdan 1 gün öncə doğma Gəncəyə qayıtdı. Ancaq son məşqin Yevlaxda - "Karvan"ın stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Çünki cari mövsümdə ilk ev matçı məhz burada keçiriləcəkdi.
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev məşqdən sonra suallarımızı cavablandırdı.
- Uzun fasilədən sonra Premyer Liqa "Kəpəz"in sayəsində Yevlaxa qayıtdı. "Zirə"ylə oyun öncəsi son məşqiniz necə keçdi? Oyuna nə dərəcədə hazırsınız?
- Böyük futbolun yenidən Yevlaxa, "Karvan"ın stadionuna qayıtması əlbəttə, sevindirici haldır. Ancaq çox istərdim ki, rəqibi yerli komanda qəbul etsin. Biz səfərə gələrək oyunumuzu burda keçirməyək. Bildiyiniz kimi, stadionumuzdakı təmir işlərilə əlaqədar Gəncədə oynaya bilmirik. Nəticədə "Zirə"ni bu meydançada qəbul etməli olacağıq. Mənə elə gəlir ki, bu meydança ötən mövsüm Gəncəədki meydançadan heç də pis deyil. Düzdür, Yevlaxdakı stadiona neçə il baxımsız olub. Problemlər var, ancaq bunlar səbəb olmamalıdır. Bizi çətin matç gözləyir. Futbolçularda yol yorğunluğu vardı. Ona görə də istədim ki, futbolçular fiziki cəhətdən çalışsınlar, bir az tərləsinlər, meydançanı hiss edə bilsinlər. Fikirmcə, meydança pis də deyil. Burda futbol oynamaq olar. Hesab edirəm ki, "Zirə"ylə maraqlı qarşılaşmanın şahidi olacağıq.
- Oyunun Tovuz şəhər stadionunda da keçirilmək variantı vardı. Doğrudanmı, bu stadion "Turan Tovuz"un arenasından yaxşıdı?
- Tovuzdakı stadion qəbul olunmadı. Bildiyiniz kimi, Peşəkar Futbol Liqasının nümayəndələri ora da komissiya şəklində yoxlanışa getmişdilər. Ancaq qəbul olumadı. Orda problemlər çoxdur.
- Hə kimi problemlər?
- Mənə çatan məlumata görə, paltardəyişmə otaqlarında isti-soyuq suyun olmaması, meydançada böyük çüxurların olması qeyd edilib. Bunları da aradan qaldırmağa vaxt olmayıb. İkinci variant Yevlax stadionu idi və onun üzərində dayandılar. Mən hər ikisini görmədiyimdən, "ora-bura necədi" deyib müqayisə apara bilmərəm. Sadəcə, komissiyanın iki stadionda apardığı baxışdan gəldiyi qənaətə və çıxardığı qərara əsasən, Yevlax stadionu Tovuzdakından daha yaxşıdır.
- "Kəpəz"in meydaçasında qazonun problemindən daha çox danışılırdı. Sizcə, Yevlaxdakı ev matçınızdan sonra da belə olacaq?
- İki mövsümdür qazon cəhətdən əziyyət çəkirdik. Ancaq Yexlavdakı indiki meydança "Kəpəz"in ötən mövsümkü qazonundan daha yaxşıdır.
- Bəs rəqibiniz olan hazırkı "Zirə"ni necə dəyərləndirərdiniz? İlk turda necə təsir bağışladı?
- "Zirə"ni ümumiyyətlə, Avropa Liqasından izləyirik. Doğrudan da yaxşı təşkil olunmuş komanda şəklində artıq formalaşıb. Bizdən fərqli olaraq oturuşmuş heyəti var. Yeni legionerlərlə komanda ötən mövsümə nisbətən daha güclənib. Hər bir xəttə futbolçular var ki, oyunun taleyini həll edə bilərlər. Məncə, "Zirə" bu mövsüm daha yaxşı nəticələr üçün oynayır. Bunun üçün də rəqibimizdə təməl, futbolçu, komanda, hər bir şey var.
- "Kəpəz" Gəncədəki oyunlarda azarkeşlərin sayının çoxluğu ilə həmişə öyünüb. Sizcə, Yevlaxdakı ev matçlarınızda bu baxımdan mənzərə necə olacaq?
- Mən də ümid edirəm ki, azarkeşlərimiz gələcəklər. Yevlax Gəncəyə yaxındır. Düzdür, azarkeşlər üçün hansısa problemlər yarana bilər. Biri var ki, Gəncədə stadiona 5-10 metrlə piyada gəlir, biri də var hansısa avtobomillərlə, avtobuslarla yol qət etsin. Buna görə də bir çoxları gəlməyə bilər. Bu da başadüşüləndir. Vəziyyət o vəziyyət deyil. Məncə, az da olsa, ürəyi komandayla döyünən azarkeşləri burada görəcəyik.
- Heyətlə bağlı hansı problemləriniz var?
- Var. Braziliyalı müdafiəçimiz Dedimar Fereyrada problem var. O, keçən matçda da zədəli oynadı və bundan sonra da problemləri oldu. İndi də tam bərpa olunmayıb və oyunadək yekun qərarımızı verəcəyik. O, "Sumqayıt"dan öncə də məşq etmirdi, 5 gün kənarda qalmışdı. Onda da tam sağalmamışdı. Hazırda tam formada deyil. Ancaq oynayıb-oynamaqla bağlı qərarını matça az qalmış verəcəyik.
- Qələbə şansınız nə dərəcədə realdır? Bunun üçün əsas nəyə diqqət yetirməlisiniz?
- Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır, hər bir komandanı gücü var. "Zirə" asan keçiləsi rəqib deyil ki, deyək, yarı qüvvə ilə keçəcəyik. Rəqib doğrudan da yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Hər ikisimizə, xüsuilə bizə uğur lazımdır. Çünki ilk turdakı məğlubiyyətdən sonra 3 xalı geri qaytarmalıyıq. Ancaq bu, futboldur, hər bir şey ola bilər. Mənə elə gəlir ki, həm "Zirə", həm də "Kəpəz" qələbəyə layiq komandadır. Hansı udacaqsa, bu, təsadüf sayılmayacaq (sport24.az).
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
DÇ-2026: Braziliya Norveçə qarşı
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər