“Şerif”in futbolçusu Viktor Oliveyra Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi klubun saytına müsahibə verib.
Qol.az müsahibəni ixtisarla təqdim edir.
- “Qarabağ”la ilk oyun barədə nə deyə bilərsiniz?
- Çempionlar Liqası kimi nüfuzlu turnirdə əsas heyətdə meydana çıxdığım ilk matç idi. Görüş ağır keçdi. Amma komandamız güclü tərəflərini göstərə bildi. Düşünürəm ki, Bakıda qol buraxmamaqla əsas tapşırığın öhdəsindən gəldik.
- Rəqibin oyununu necə qiymətləndirirsən? Biz Ağdam klubunu nəyin hesabına mübarizədən kənarlaşdıra bilərik?
- “Qarabağ” lazımi səviyyədə komplektləşmiş komandadır. Rəqibin futbolçuları sürətli və aqressiv oyun göstərirlər. Amma “Şerif”də də səviyyəli futbolçular var. “Qarabağ”ı üstələmək üçün bütün gücümüzdən istifadə etməli, xarakter göstərməliyik.
- Cavab qarşılaşmasında kimi favorit adlandırmaq olar?
- Hesab edirəm ki, oyunun favoriti yoxdur. Matç hər iki komanda üçün çətin keçəcək. Azarkeşlərlə dolu stadion bizə çox kömək olardı. Azərbaycanda azarkeşləri öz komandalarını irəli səsləyirdilər. O cür dəstək cavab görüşündə “Şerif”ə lazımdır.
- “Qarabağ”ın heyətində ehtiyat etdiyiniz futbolçular kimlərdir?
- Rəqib kollektiv halında güclü və ustalıq səviyyəsi yüksək olan komandadır. Amma daha çox Dino Ndlovu və Donald Gerryeni diqqətdə saxlamalıyıq.
- “Qarabağ”la görüşdən əvvəl azarkeşlərə nə demək istərdin?
- Stadiona nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşıdır. Azarkeşlərin dəstəyini görmək istəyirik. Biz yalnız birlikdə güclüyük və çox şeyə qadirik. “Qarabağ”la oyunda qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı