“Panatinaikos” klub kimi Avropada çox gözəl tarixə və ənənəyə malikdir. Mən belə böyük komanda ilə mübarizə aparacağımız üçün şadam".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la ilk matç öncəsi Yunanıstan mətbuatına deyib.
26 yaşlı yarımmüdafiəçi çətin oyun olacağını bildirib: "Çünki "Panatinaikos" böyük hədəfləri olan klubdur. Rəqibin güclü azarkeş ordusu da var. Hansı ki, onlar komandalarına kömək etmək üçün tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindir. Azarkeş dəstəyi sayəsində “Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.
Onun sözlərinə görə, Afinada ən yaxşı oyunu sərgiləməlidirlər: "Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu, bizim hədəfimizdir və çətin olacağını dərk edirik".
F.Ozobiç deyib ki, bütün çətinliklərə baxmayaraq, növbəti mərhələyə vəsiqə qazana bilərlər: "Bundan öncəki rəqibimiz “Yagelloniya” da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdur. Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var".
Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçiriləcək cavab görüşünə avqustun 3-ü saat 21:00-da start veriləcək.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq