"Hələ əvvəldən də qeyd etmişdim ki, bizi ağır oyun gözləyir. Bilirdim ki, “Samtredia” məğlub olmağı istəmir. Biz bu gün də bunun şahidi olduq. Hava çox isti idi. Futbolçular keyfiyyətlərini tam göstərə bilmirdilər. Komandamız düzgün müdafiə olunmağa çalışırdı. Bəzi səhvlər olurdu, amma hesaba təsir etmirdi. Buna baxmayaraq, oyunçuların hər birindən razı qaldım".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Samtredia"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis rəqibə də təşəkkür edib: "5:0 hesablı məğlubiyyətdən sonra da meydanda bu gün xarakter göstərdilər. Düşünürəm ki, bu futbolçularla "Samtredia” yaxın illərdə Gürcüstanın ən yaxşı komandalarından biri olacaq".
Q.Qurbanov jurnalistlərin digər suallarını da cavablandırıb.
- Mətbuatda Nikaraqua millisinin futbolçusu ilə danışıqlar apardığınız yazılır. Hətta onu 400 min avroya transfer etmək istədiyiniz də deyilir. Bu məsələyə fikrinizi bildirərdiniz.
- Əvvəl də demişdim ki, transferlər etmək istəyirik. Bir neçə oyunçu ilə danışığlarımız gedir. Lakin siz dediyiniz futbolçu haqda məlumatım yoxdur.
- Layiqli qələbə qazandınız. Qeyd etdiniz ki "Samtredia” meydanda xarakter göstərdi. Siz "Samtredia”nın hansısa futbolçusunu "Qarabağ”da görmək istəyirsinizmi?
- Komandanın oyun üslubunu bəyəndim. Bildiyim qədərilə çox da uzun müddət bir yerdə olan kollektiv deyil. Buna baxmayaraq, topla çox yaxşı davranırlar. Ancaq transfer siyahımızda bu komandadan hər hansı bir futbolçu yoxdur.
- "Kukesi”, yoxsa "Şerif” və nəyə görə?
- Əfsuslar olsun ki, bu suala cavab verə bilmərəm. Kim layiqdirsə, növbəti mərhələyə yüksələcək. Biz sadəcə, rəqibimizi gözləyirik...
- Bu gün öyrəşdiyimiz "Qarabağ”ı meydanda görmədik. Bu, komandanın tam hazır olmamasıyla bağlı idi, yoxsa başqa səbəbə görə?
- Bizim zəif oyunlarımız az olmayıb. Futbol elə oyundur ki, zəif də ola bilərik, məğlub da ola bilərik. Qələbələrimizi isə çox böyütmək istəmirəm. Hələlik kiçik addımlarla irəliləyirik. Klub olaraq bizim də problemlərimiz var. Hazırda futbolçularımdan tam gücü ilə oynamasını tələb edə bilmərəm. Onların bir-birinə uyğunlaşması üçün hələ vaxt lazımdır.
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı