Azərbaycan şahmatçısı Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilmiş FİDE Qran Prisinin qalibi olub.
Qol.az-ın məlumatına görə, 30 yaşlı qrossmeyster 9 turluq mübarizənin yekununda 6 xal əldə edib.
O, sonuncu turda ağ fiqurlarla ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, digər rusiyalı Aleksandr Qrişuk da hollandiyalı Aniş Giri ilə xalı yarı bölüb. Nəticədə Rəcəbov ən yaxın izləyicilərini yarım xal üstələyərək, liderliyini qoruyub.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə 5 xalla 4 - 10-cu yerləri bölüşüb. Rəcəbov 20 min avro, Məmmədyarov isə 11 min avro mükafata sahib olub.
Qeyd edək ki, FİDE Qran Prisi 4 seriyadan ibarətdir. 24 şahmatçı bunların yalnız 3-də çıxış edir. Artıq 3 seriya başa çatıb. Aktivində 340 xal olan Şəhriyar Məmmədyarov 1-ci, 241,43 xala malik Teymur Rəcəbov isə 2-ci pillədə qərarlaşıb. 4-cü seriya 15 - 26 noyabrda İspaniyanın Palma de Malyorka şəhərində təşkil olunacaq. Məmmədyarov artıq 3 seriyaya qatıldığı üçün sonuncudan kənarda qalacaq. Rəcəbov isə iştirakçılar siyahısında olacaq. Reqlamentə əsasən, 4 seriyalıq FİDE Qran Prisinin yekununda ilk 2 yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanırlar.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı