“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda 5:0 hesabı ilə qalib gəldiyi “Samtredia”nı mübarizədən kənarlaşdırsa, 3-cü mərhələdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ”ın mümkün rəqibləri bəlli olduqdan sonra futbol ictimaiyyəti Qurban Qurbanovun komandasının 3-cü mərhələni də keçəcəyinə dair qəti şəkildə fikirlər yürüdür. Çoxları Moldova və Albaniya təmsilçisini kiçildir. Təbii ki, bu cür yanaşma “Qarabağ”ın qarşıdakı oyunlara motivasiyasına mənfi təsir edə bilər.
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da Qol.az-ın müxbiri ilə söhbətində bu cür söz-söhbətlərin “Qarabağ”a ziyanlı olduğunu deyib:
“İndi Avropada hansısa rəqibə yuxarıdan aşağı baxmaq mümkün deyil. Bu gün Lüksemburq, Malta, Lixtenşteyn kimi ölkələrin təmsilçiləri köklü klublara qarşı başabaş mübarizə aparır. Eləcə də Moldova və Albaniya klublarını kiçiltmək olmaz. Artıq heç nə əvvəlki kimi deyil. Hər bir komandaya ciddi yanaşmaq lazımdır. Bu uğur qazanmaq üçün ən vacib olan amildir. Bu isə “Qarabağ”da var. Bilirəm ki, Qurban Qurbanovun komandası qarşıdakı oyunlara ən düzgün şəkildə hazırlaşır. İstənilən halda rəqibi kiçiltmək olmaz. Hər hansı bir arxayınlaşma komandamıza baha başa gələ bilər. Buna görə də indidən nəsə demək düzgün deyil”.
Millimizin sabiq baş məşqçisi “Qarabağ”ın kifayət qədər təcrübəli olduğunu və bu cür məsələlərə peşəkar yanaşdığını da əlavə edib:
“Qarabağ”ın üstünlüyü ondadır ki, hazırlığını rəqibdən asılı olmayaraq davam etdirir. Qurban Qurbanovun son açıqlaması çox xoşuma gəldi. Bildirdi ki, biz ancaq “Samtredia” ilə oyunu fikirləşirik. Yəni indi “Qarabağ”ı 3-cü mərhələdəki rəqiblər düşündürmür. Bu da onu göstərir ki, rəqibə peşəkarcasına yanaşırlar. Bu peşəkarlıq imkan verməz ki, “Qarabağ” hansısa rəqibə yuxarıdan aşağı baxsın”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur