Dmitri Nazarov müqaviləni yenilədi

Dmitri Nazarov müqaviləni yenilədi
ÖLKƏ FUTBOLU 14 İyul 2017 / 16:56 3337
-  A +

Almaniyanın “Aue” klubu millimizin üzvü Dmitri Nazarovla müqaviləni yeniləyib.

Qol.az-ın məlumatına görə, bu barədə klubunun rəsmi "Tvitter" səhifəsi xəbər yayıb. 27 yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununa qədər olduğu bildirilir.

Nazarovun II Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.

Qeyd edək ki, Nazarov ötən mövsüm "Aue"nin heyətində 9 qol vurub.


Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner