Milli komandamızın və Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Vaqif, zədələndikdən sonra fərdi məşqlərə başladığından xəbərdar idik. Bəs, komandanın ümumimi məşqlərinə qoşulmusan?
- İlk öncə sizə mənim durumumla maraqlandığınız üçün təşəkkür edirəm. Hər şey qaydasındadır. Hələ də fərdi məşqlərimi davam etdirirəm.
- Zədən nə yerdədir? Tam sağalmısan?
- Açığı, tam sağalmışam. Sadəcə, zədəmi bərpa edib tam hazır olana kimi tələsmək istəmirəm. Çox az qalıb. Ən qısa müddətdə məni “Tvente”nin heyətində görə biləcəksiniz.
- “Tvente” Hollandiya çempionatında liderliyini davam etdirir. İkinci yerdə qərarlaşan «PSV»dən beş xal irəlidəsiniz. Komandanın çempionluq şanslarını necə görürsən?
- «Tvente» son matçları yüksək səviyyədə keçirir. İkinci yerdəki komandadan beş xal irəlidə olmaq çox yaxşıdır. Amma futbolda hər cür sürprizlə qarşılaşmaq mümkündür. Mən inanıram ki, mövsümün sonuna kimi liderliyimizi qoruyub saxlaya biləcəyik. Bunun üçün hər cür şərait var.
- Baş məşqçi Stiv Maklarenlə söhbətlərin olurmu?
- Bəli. Demək olar ki, hər gün mənimlə maraqlanır və vəziyyətimi soruşur. Maklaren də mənim tezliklə heyətə qayıtmağımı istəyir. Bununla belə deyir ki, tam sağal, sonra heyətə qayıt. Mənə dəstəyini heç vaxt əsirgəmir.
- “Tvente”dən fərqli olaraq, sabiq komandan “Qarabağ”da işlər yolunda getmir. Komanda “qara zolağ”a düşüb və keçirdiyi son üç oyunda ardıcıl məğlubiyyətlər alığ. “Qarabağ”ın bu uğursuzluğunu nə ilə əlaqələndirirsən?
- “Qarabağ”ın belə nəticələr qazanmasına çox üzülürəm. Buna baxmayaraq, demək istəyirəm ki, hər şey qabaqdadır. “Qarabağ” heç bir zaman iddiasından asanlıqla əl çəkən deyil. Təəssüf edirəm ki, bu gün bəziləri “Qarabağ”ın uğur qazanmasını istəmir. Fürsətdən istifadə edib həmin insanlara söyləmək istəyirəm ki, bu klubu sevmək lazımdır. Ən azı ona görə ki, bu klubun heyətində iyirmiyə yaxın azərbaycanlı futbolçu çıxış edir. Cəmi iki legioner futbolçusu var. “Qarabağ” Azərbaycanın, xalqın komandasıdır və hər zaman onu dəstəkləmək lazımdır. Mən inanıram ki, “İnter”lə matçda hər şeyə son qoyulacaq və komanda 3 xal qazanmağa nail olacaq.
- Premyer Liqanın oyunlarını izləyirsənmi?
- İmkan tapdıqca bütün oyunlara baxmağa çalışıram. Sonuncu dəfə isə “İnter” - “Xəzər Lənkəran” matçını izlədim.
- “Qarabağ”dan ayrıldıqdan sonra hər kəs komandanın zəifləyəcəyini güman edirdi. “Qarabağ” hazırda çətin dövrlərini yaşayır. Səncə, komandadan gedişin “Qarabağ”ın oyununa doğrudanmı, təsir edib?
- Ümumiyyətlə, ilk öncə mənim “Qarabağ” üçün vacib olduğumu düşünən insanlara təşəkkür edirəm. Amma o fikirlə razı deyiləm ki, məni getməyimlə «Qarabağ» zəifləyib. “Qarabağ”ın yeganə problemi yorğunluqdur. Hər zaman oyunlara demək olar ki, eyni heyətlə çıxırıq. On bir oyunçu və sonradan meydana daxil olan üç futbolçü. Uzun müddətdir ki, artıq bu on dörd oyunçu dayanmadan çalışır. Amma “Qarabağ” özündə əlavə güc tapıb yeni nəfəslə növbəti oyunları yüksək səviyyədə keçirə biləcək gücdədir. Hər oyundan sonra komandanın üzvləri ilə telefonla danışıram. Heç nəyə fikir verməsinlər, söyləyirəm. Baş məşqçi Qurban Qurbanov özü hər şeyi yaxşı görür. Tezliklə hər şey yoluna qoyulacaq.
- Sənin “Tvente”yə transferindən sonra bir neçə Avropa klubundan futbolçularımıza real təkliflər gəlir…
- Çox sevinirəm. Hər birinə tez bir zamanda legioner həyatı yaşamağı arzu edirəm.
- İngiltərə Premyer Liqasında çıxış edən “Everton” “Neftçi”nin üzvü Araz Abdullayevə rəsmi təklif göndərib. Hazırda Arazın “Everton”a göndərilməsi, yoxsa “Neftçi”də qalması müzakirə olunur. Araza nə məsləhət görürsən?
- Mənim bu barədə fikir bildirməyim düzgün çıxmazdı. Hər halda yəqin ki, Arazın ətrafında düzgün qərar verə biləcək insanlar var. Arazın özü də yaxşı düşünüb bir qərar verəcək. Nə etmək lazım olduğunu ən yaxşı Araz özü bilir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi