"Neftçi"nin daha iki rəqibi dəqiqləşdi

"Neftçi"nin daha iki rəqibi dəqiqləşdi
XƏBƏR 10 İyul 2017 / 20:17 3799
-  A +

"Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyulun 15-də saat 11:00-da "Binə”, iyulun 19-da saat 18:00-da isə "Şüvəlan”la qarşılaşacaq. Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək.

Xatırladaq ki, "Neftçi” ilk yoxlama oyununu "Kəpəz”ə qarşı keçirəcək. Sabah saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.


Son xəbərlər
topaz banner