"Kəpəz" "Bakı"nı məğlub etdi

"Kəpəz" "Bakı"nı məğlub etdi
XƏBƏR 9 İyul 2017 / 01:50 4746
-  A +

Yeni mövsümünə hazırlaşan “Kəpəz” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 

Qol.az-ın xəbərinə görə,  Şahin Diniyevin komandası  həvəskarlar liqasında mübarizə aparan “Bakı” ilə qarşılaşıb. Oyun Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama matçını “Neftçi”yə qarşı keçirəcək. Oyun iyulun 11-nə nəzərdə tutulub.

Son xəbərlər
topaz banner