"Fənərbaxça" Türkiyə millisinin üzvünü göndərdi

"Fənərbaxça" Türkiyə millisinin üzvünü göndərdi
XƏBƏR 8 İyul 2017 / 14:15 4569
-  A +

"Fənərbaxça" klubu futbolçusu Volkan Şənllə yolları ayırıb.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul klubunun baş məşqçisi Aykut Kocamanın planlarına daxil olmayan Türkiyə millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2015-ci ildən  "Fənərbaxça"da çıxış edən 30 yaşlı yarımmüdafiəçi 76 matçda 8 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
topaz banner