“Mourinyo dedi ki, “İnter” hələ onun ürəyindədir”

“Mourinyo dedi ki, “İnter” hələ onun ürəyindədir”
XƏBƏR 8 İyul 2017 / 01:10 3690
-  A +

“İnter”in yeni baş məşqçisi Luçano Spaletti daha əvvəl bu klubu çalışdıran, hazırda isə “Mançester Yunayted”də işləyən Joze Mourinyonun onu təbrik etdiyini bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Spaletti qeyd edib ki, portuqaliyalı həmkarı hələ də “İnter”dəki günlərini unutmayıb:

“Ən xoş təbriklərdən birini Joze Mourinyodan aldım. O, mənə yeni işimdə uğurlar arzuladı. Mourinyo bildirdi ki, “İnter” hələ də onun ürəyindədir”.

Xatırladaq ki, Mourinyo 2008-2010-cu illərdə Milan klubunu çalışdırıb.

Son xəbərlər
topaz banner