«Xəzər Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına verdiyi müsahibədə «İnter»lə dünən keçirilən oyunla bağlı fikirlərini bildirib.
- İlk öncə ondan başlayaq ki, komandanızın dünənki məğlubiyyətinə nə səbəb oldu?
- Təbii ki, iki səviyyəli komandanın oyununda tərəflərdən biri qalib gəlməlidir. Mən ilk öncə «İnter»i qələbə münasibətilə təbrik edirəm. Düzdür, komandamızda səhvlər oldu. Amma onu da xüsusi vurğulamaq istəyirəm ki, qapımıza təyin edilən penalti məndə çox şübhə oyatdı. Ümumiyyətlə, mən heç vaxt hakim haqda danışmaq istəməmişəm. Hərçənd dünənki oyunun hakimliyinin aşağı səviyyədə olduğunu deməliyəm. Fariz Yusifov dünənki matçın səviyyəsinə uyğun hakim deyildi.
- Matç boyu çox əsəbi görünürdünüz. Siz iddia edirsiniz ki, hakim komandanızın oyununu “sındırıb»?
- Mən bunları uduzduğumuz üçün söyləmirəm. Hələ birinci hissədə Svetkova rəqib dörd-beş dəfə arxadan zərbə endirdi. Buna görə futbolçuya sarı vərəqə göstərilməlidir. Amma Fariz Yusifov bu qərarı həmin anlarda yox, oyunun lap sonlarında verdi ki, bunun da daha əhəmiyyəti qalmamışdı. Düzdür, bizim hakimlər son vaxtlar öz üzərlərində işləyirlər, onların inkişafı yolunda addımlar atılır. Hakimlər də çalışmalıdırlar ki, belə səhvlərə yol verməsinlər, ehtiyatlı olsunlar.
- Sizcə, Fariz Yusifovun qərarlarında komandanıza qarşı qərəz var idi?
- Mən Farizi yaxşı tanıyıram, FİFA hakimidir, onun gücünə də bələdəm. Amma təkrar edirəm, bu oyunu o idarə etməməliydi. Hakimliyin səviyyəsi çox aşağı oldu.
- «İnter»in baş məşqçisi Kaxaber Sxadadze deyir ki, bütün oyun komponentlərinə görə rəqibdən üstün idik. Siz bu fikirlə razısınız?
- Məşqçidi də, danışır. Ümumiyyətlə, son vaxtlar Sxadadze çox yuxarıdan gedir. Ona məsləhət görərdim ki, bir az aşağı düşssün. Mən «İnter»i Lənkəranda udanda heç demədim ki, rəqibdən üstün olmuşam. Belə danışmaqla o, öz səviyyəsini göstərir.
- Növbəti oyununuz «Neftçi»yə qarşıdır. «Neftçi»də əvvəllər problem olsa da, son iki oyunda komanda yaxşı təsir bağışlayır. Bu mənada, «Neftçi»ni sizin üçün nə dərəcədə problemli rəqib saymaq olar?
- Hazırda komandamıza istirahət vermişəm. Sabah axşam bir yerə yığışacağıq, soyuq başla səhvlərimizi təhlil edəcəyik.
Bilirsiniz, «altılıığ»a düşən komandaların hamısı ciddi rəqibdir. Elə götürək «Qəbələ» komandasını. Belə baxanda çempionluğa şansı çox görünməsə də, güclü «Qarabağ»ı məğlubiyyətə uğratdı. Bu mərhələdə kim çox səhv eləsə, o da uduzacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi