“Məqsədim gələcəkdə “Çelsi”nin baş məşqçisi olmaqdır”

“Məqsədim gələcəkdə “Çelsi”nin baş məşqçisi olmaqdır”
XƏBƏR 6 İyul 2017 / 01:29 2652
-  A +

“Çelsi”nin sabiq kapitanı Con Terri gələcək planlarından danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl “Aston Villa” ilə anlaşan təcrübəli müdafiəçi gələcəkdə “Çelsi”yə baş məşqçi kimi qayıtmaq istəyir:

“Frank Lempardla bu haqda söhbətimiz olub. O zaman demişdim ki, məqsədim bir gün “Çelsi”nin baş məşqçisi olmaqdı. İndi də bu arzuyla yaşayıram.

Bu, böyük arzudu? Yox, böyük arzu olmur. Hər zaman ən yaxşı olmaq istəmişəm. Başa düşürəm ki, “Çelsi” kimi klubda işləmək üçün ilk növbədə təcrübə toplamalıyam”.

Son xəbərlər