Kuadrado “Arsenal”ın hədəfində

Kuadrado “Arsenal”ın hədəfində
XƏBƏR 6 İyul 2017 / 00:39 2539
-  A +

Aleksandr Lyakazetti heyətinə qatan “Arsenal”ın növbəti transfer hədəfi bəlli olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, London klubu “Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadradonu transfer etmək istəyir.

“Arsenal” 29 yaşlı futbolçu üçün Turin klubuna 25 milyon avro təklif edib. Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, “Yuventus” kolumbiyalı futbolçunu “Çelsi”dən 17 milyon avroya transfer edib.

Son xəbərlər