Emenike "Olimpiakos"da - rəsmi

Emenike "Olimpiakos"da -  rəsmi
XƏBƏR 5 İyul 2017 / 18:37 3218
-  A +

“Fənərbaxça”nın futbolçusu Emanuel Emenike karyerasını Yunanıstanda davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, nigeriyalı hücumçu “Olimpiakos”a keçib. Klubun rəsmi saytı onunla müqavilə imzalandığını açıqlayıb. Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.

Türkiyə mətbuatı Yunanıstan klubunun 30 yaşlı futbolçu üçün “Fənər”ə 2.5 milyon avro ödədiyini yazıb.

Son xəbərlər
topaz banner