Yığmamız Maltaya uduzdu

Yığmamız Maltaya uduzdu
XƏBƏR 5 İyul 2017 / 18:19 3110
-  A +

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Estoniyada təşkil olunan UEFA İnkişaf Turnirində ilk matçına çıxıb.
 
Komandamız ilk qarşılaşmada Malta ilə görüşüb. Sonuncular bu matçda 2:1 hesablı qələbə qazanıb. Oyunda ilk qolu futbolçularımız vursa da, üstünlüyünü qoruya bilməyib.
 
İlk turun digər matçında Finlandiya Estoniyadan güclü olub – 6:0.
 
Qeyd edək ki, millimiz turnirdəki növbəti matçını meydan sahiblərinə qarşı keçirəcək.

Son xəbərlər
topaz banner