"Kəpəz"də yeni kapitan

"Kəpəz"də yeni kapitan
XƏBƏR 5 İyul 2017 / 17:36 2520
-  A +

“Kəpəz”in yeni kapitanı bəlli olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq.

Ötən mövsümdə komandanın vitse-kapitanı olan yarımmüdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb. Rəhimov  Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.

“Kəpəz”in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaq. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub.

Daha çox


Son xəbərlər