Vea 2020-ci ilə kimi PSJ-də

Vea 2020-ci ilə kimi PSJ-də
XƏBƏR 4 İyul 2017 / 00:17 2360
-  A +

Ötənlərin məşhur futbolçusu, 1995-ci ildə “Qızıl top”u qazanmış Corc Veanın oğlu Timati karyerasında ilk peşəkar müqaviləsini imzalayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 17 yaşlı forvard 2014-cü ildən PSJ-nin aşağı yaş qrupundan ibarət komandasında çıxış edir.

İlk peşəkar müqaviləsinə qol çəkən Timati Vea 2020-ci ilin yayına kimi parislilərin şərəfini qoruyacaq. 

Qeyd edək ki, liberiyalı futbolçu son mövsüm UEFA Gənclər Liqasında meydana çıxdığı 4 oyunda 3 qol vurub.

Son xəbərlər