"Heç vaxt Real”dan ayrılacağımı deməmişəm" - Ronaldo

"Heç vaxt Real”dan ayrılacağımı deməmişəm" -  Ronaldo
XƏBƏR 3 İyul 2017 / 18:47 3861
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatına danışan 32 yaşlı hücumçu Kral klubundan ayrılmayacağını deyib:

“Mən heç vaxt “Real”dan ayrılacağımı deməmişəm. Yayılan xəbərlərə münasibət bildirmk istəməzdim. Media ilə yarışmaq fikrm yoxdur. Sadəcə, mənim yox, ailəm və dostlarım haqda da xəbərlər yazırlar”.

Qeyd edək ki, portuqaliyalı futbolçunun komandası ilə 2021-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər